Alibaba ağıllı avtomobil sahəsinə qoşulur.

Alibaba ağıllı avtomobil sahəsinə qoşulur.

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Çinin məşhur online alış-veriş servisi olan Alibaba Group özünün ilk istehsalı olan ağıllı avtomobilin ön satışına start verib. İnternetə qoşulu olan RX5 adlı avtomobil Çin-in SAIC Motor şirkəti tərəfindən hazırlanıb. Off-road-un əsasında 2011-ci ildə təqdim olunmuş və bir çox yerli smartfonlarda istifadə olunan YunOS əməliyyat sistemi durur. 2015-ci ildə 40 milyon insanın istifadə etdiyi YunOS-u Alibaba Android və IOS-dən sonra üçüncü ən böyük platforma hesab edir. Məhz YunOS-un sayəsində RX5 bütün ağıllı funksiyaları yerinə yetirir. İlk öncə off-road öz sahibini smartfon və ya smart saata əsasən tanıya və ona görə sistemi ayarlaya bilər. RX5 öz yerini Wi-Fi və GPS-siz təyin edə bilən naviqasiya sisteminə sahibdir. Bunlardan əlavə olaraq RX5-in arxa görüntü güzgüsü və cihaz panelində sensorlar və 4 action kameralar quraşdırılmışdır. Həmin kameralar sayəsində 360 dərəcəli selfie fotolar və videolar çəkmək mümkündür. Yeni off-road 15.000 dollar dəyərindədir. Avtomobilin texniki parametrləri isə hələki bilinmir. Hər il bir çox avtomobillər internetə qoşulur. Bir sıra proqnozlara əsasən artıq 2020-ci ildə avtomobillərin 90%-i internetə qoşulu vəziyyətdə olacaq. Lakin internetə qoşulmuş avtomobillərin əsas mənfi cəhəti onların kiberhücumlar üçün əsas hədəf olmalarıdır. Buna görə də bir çox istifadəçilər internetə qoşulmuş avtomobillərə müəyyən şüphə ilə yanaşırlar. Bu baxımdan RX5-in nə dərəcədə uğurlu olacağını söyləmək çətindir.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


PayPal Azərbaycan yolunda. (AÇIQLAMA)

  Azərbaycan Mərkəzi Bankının müraciətinə əsasən PayPal şirkətinin xidmətlərinin Az..


Şəxsi əşyanızı satan zaman vergi necə ödənilməlidir?

  İstehlakçıdan istehlakçıya satılan məhsullarda (C2C) vergi tənzimlənməsində boşluqla..

×