main-post-cover

    \'Alien 5"filmi bilinməyən tarixə kimi təxirə salınıb

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Rejissoru Neil Blomkamp olacaq "Alien 5" filminin istehsalı bilinməyən vaxta kimi təxirə salınıb.Bu barədə rejissor özü twitter səhifəsində bildirib.
    ""Alien 5" "Prometheus 2" filminin böyük ekranlara çıxışına kimi təxirə salınıb. "Alien" film seriyasına olan bütün sevgimə baxmayaraq mən hələlik diqqətimi digər proyektlərə cəmləyirəm"- deyə Neil bildirib. Daha əvvəl xəbər yayılmışdı ki, "Prometheus" filminin yaradıcısı Ridley Scott 20th Century Fox studiyasından 'Alien 5" filminin təxirə salınmasını tələb edib. Səbəb isə onun "Prometheus 2" filmini daha öncə təqdim etmək istəməsidir. Qeyd edək ki, Neil Blomkamp yeni filmi öz ideyaları əsasında çəkməyi planlaşdırırdı. Güman olunurdu ki, onun çəkəcəyi film 1986-cu ildə çıxmış "Aliens" filminin davamı olacaq. Bundan əlavə olaraq yeni film 3-cü və 4-cü hissəni tamamilə inkar edərək yeni süjet xətdini təqdim edəcəkdi. Sözügedən film seriyasının məşhur aktyorları Sigourney Weaver və Michael Biehn Neil Blomkamp-ın filmində iştirak edəcəklərini təsdiqləmişdilər. "Prometheus 2" filminə gəldikdə isə onun premyera tarixi hələki bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər