
"Alienware" Gamer Kompüterlərini Yenilədi!
Texnologiya
07.05.2017
Farid Pardashunas
Oyun sevərlərin ən sevimli kompüter istehsalçılarından olan Alienware, dizaynını və təchizatını tamamilə dəyişdirdiyi noutbuk modellərini təqdim etdi.
Digər
istehsalçılara görə istifadə etdiyi fərqli dizayn anlayışı və üst səviyyə təchizatı
ilə gamerlərin sevimlisi halına gələn Alienware, ən yeni nəsil təchizata sahib 13, 15 və 17 inç ekran ölçülərinə sahib olan gamer kompüterlərini təqdim etdi.
İlk
olaraq, yenilikçi dizaynları ilə diqqət çəkən yeni modellər, əvvəlki seriyaya
nisbətən həm daha yüngül həm də 25% daha incədir. TactX klaviaturası yenilənmiş noutbuklar,
artıq N-Key xüsusiyyəti vasitəsilə bütün düymələrə eyni anda kliklənsə belə hər
hansı bir problem yaşatmır.

Oyun
həzzini ən üst səviyyəyə çıxartmaq üçün istifadə edilən 120 Hz-lik ekran, G-Sync texnologiyası ilə birləşdiyində oyunlarda olan donma və s. kimi səhvlərdən
ən az zərər çəkməyinizə kömək edir.
Əlavə
olaraq bu ekranın 300 nits parlaqlığa sahib olduğunu və firmanın 1080p ilə 4K ekran keyfiyyəti seçimlərini istifadəçilərə təqdim etdiyini bildirək.
Intel
Skylake prosessorlarından güc alan Alienware 15 və Alienware 17 modelləri,
qrafika tərəfdən NVIDIA-nın ən yeni nəsil GeForce GTX 1080 və 1070 modellərindən
dəstək alır. Bunun köməkliyi ilə həm son dərəcə yüksək oyun təcrübəsi həm də VR dəstəyini istifadəçilərə təqdim edir.

Son
olaraq batareya tərəfində isə 15 inçlik modelə 68 watt-saat, 17 inçlik modeldə isə 99 watt-saatlıq bir batareyanın
olduğunu bildirək.
Bu
ay sonu etibarı ilə satışda olması gözlənilən yeni Alienware modelləri üçün qiymət məlumatı
hələ ki açıqlanmayıb.
Linki kopyala
Həftənin xəbərləri

