"Alienware" Gamer Kompüterlərini Yenilədi!

"Alienware" Gamer Kompüterlərini Yenilədi!

Texnologiya
08.05.2017 PAYLAŞIM

Oyun sevərlərin ən sevimli kompüter istehsalçılarından olan Alienware, dizaynını və təchizatını tamamilə dəyişdirdiyi noutbuk modellərini təqdim etdi.

Digər istehsalçılara görə istifadə etdiyi fərqli dizayn anlayışı və üst səviyyə təchizatı ilə gamerlərin sevimlisi halına gələn Alienware, ən yeni nəsil təchizata sahib 13, 15 və 17 inç ekran ölçülərinə sahib olan gamer kompüterlərini təqdim etdi.

İlk olaraq, yenilikçi dizaynları ilə diqqət çəkən yeni modellər, əvvəlki seriyaya nisbətən həm daha yüngül həm də 25% daha incədir. TactX klaviaturası yenilənmiş noutbuklar, artıq N-Key xüsusiyyəti vasitəsilə bütün düymələrə eyni anda kliklənsə belə hər hansı bir problem yaşatmır.


Oyun həzzini ən üst səviyyəyə çıxartmaq üçün istifadə edilən 120 Hz-lik ekran, G-Sync texnologiyası ilə birləşdiyində oyunlarda olan donma və s. kimi səhvlərdən ən az zərər çəkməyinizə kömək edir.

Əlavə olaraq bu ekranın 300 nits parlaqlığa sahib olduğunu və firmanın 1080p ilə 4K ekran keyfiyyəti seçimlərini istifadəçilərə təqdim etdiyini bildirək.

Intel Skylake prosessorlarından güc alan Alienware 15 və Alienware 17 modelləri, qrafika tərəfdən NVIDIA-nın ən yeni nəsil GeForce GTX 1080 və 1070 modellərindən dəstək alır. Bunun köməkliyi ilə həm son dərəcə yüksək oyun təcrübəsi həm də VR dəstəyini istifadəçilərə təqdim edir.

Son olaraq batareya tərəfində isə 15 inçlik modelə 68 watt­-saat, 17 inçlik modeldə isə 99 watt-saatlıq bir batareyanın olduğunu bildirək.

Bu ay sonu etibarı ilə satışda olması gözlənilən yeni Alienware modelləri üçün qiymət məlumatı hələ ki açıqlanmayıb.



DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×