main-post-cover

    Alimlər "Beyinə məlumat və bacarıqlar yükləməyin" üsulunu tapıblar

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Eynilə "The Matrix" filmində olduğu kimi məlumatları birbaşa olaraq beyninizə yeritmək, yuxuya getmək qədər asan olacaq. Ən azından alimlər yaxın zamanda belə olacağına inanırlar. Araşdırmaçılar, məlumatları birbaşa hər hansısa şəxsin beyninə göndərə bilən və onları "Həyatı təqlid edən sənətlə" müqayisə edərək daha az zaman ərzində yeni bacarıqlar qazandıran bir simulyator yaratdıqlarını iddia edirlər.
    Onlar bunun Matrix tərzli ani öyrənməni həyata keçirən mürəkkəb proqramın inkişafında ilk addım olduğuna inanırlar. "Neo-noir" elmi fantastika klassikasında baş qəhrəman olan Neo, döyüş sənətinin birbaşa beyninə yerildilməsindən sonra, Kung funu bir neçə saniyə ərzində öyrənir. 
     
    Mərkəzi, Kaliforniyada olan "HRL Laboratories" araşdırmaçıları öyrənmə qabiliyyətini gücləndirmənin bir üsulunu tapdıqlarını, lakin Hollywood filmlərindəkindən fərqli olaraq bunun daha kiçik şkalada mümkün ola biləcəyini bildirirlər. 
    Onlar, təhsilli bir pilotun beynindəki elektrik siqnallarını detallı şəkildə araşdırdılar və daha sonra, məlumatları real bir uçuş simulyatorunda olan təcrübəsiz pilota ötürdülər. "Human Neuroscience Frontiers" adlı jurnalda dərc olunan məqalədə, elektrod yerləşdirilmiş baş qapaqları vasitəsilə beyin simulyasiyasına məruz qalmış subyektlərdə pilotluq bacarıqlarının inkişaf etdiyi və nəticənin plasebo qrupundakılarla müqayisədə 33% daha yaxşı olduğu bildirilir. 

    "Sistemimiz öz növünün ilk nümunələrindəndir. Bu bir beyin simulyasiyası sistemidir" deyə Dr. Matthew Phillips bildirib. O, eyni zamanda bu üsulun dil öyrənmə, sürücülük öyrənmə, imtahana hazırlaşmaq kimi müəyyən prosesləri asanlaşdıracağına inandığını deyib.  
     
    "Elmi fantastika kimi görünür, amma sistemimizi inkişaf etdirmək üçün döyük elmi təməllər var. Yeni nəsə öyrənərkən, beynimiz fiziki olaraq dəyişir. Bağlantılar "neyroplastika" adlanan proseslə yaranır və güclənir. Sistemimizin gördüyü iş, öyrənərkən beynimizin müəyyən hissələrindəki dəyişiklikləri hədəfə almaqdır. Bu üsul əslində olduqca köhnə üsuldur. Qədim Misirlilər 4000 il öncə ağrıları azaltmaq və ya onları tətikləmək üçün elektrikli balıqlardan istifadə edirdilər. Bunu beyninizə tətbiq edəndən sonra sizin beyniniz mənim beynimdən daha fərqli olacaq. Beyin simulyasiyası öyrənməni asanlaşdırmaq üçün ən effektiv üsullardan biri olacaq." 
    Linki kopyala