main-post-cover

    Alimlər, fast-food-un əsas zərərini müəyyən ediblər

    07.05.2017
    Farid Pardashunas

    Alimlər, fast-food-da istifadə olunan ərzaqların deyil, digər komponentin əsas təhlükəsini müəyyən ediblər.

    Belə ki, onlar müəyyən ediblər ki, insanların həyatları üçün ən böyük təhlükəni həmin ərzaqların saxlandığı qablaşdırmalar göstərir. Beləliklə alimlər fast-food-un insan sağlamlığına əsas təhlükəsini aydınlaşdırıblar. Mütəxəssislər fikir veriblər ki, ərzaqlar restorana çatdırılmamışdan öncə xüsusi qablaşdırılmaya məruz qalırlar. Həmin qablaşdırmaların tərkibində isə ftalatlar mövcuddur. Ftalatlar orqanizmə daxil olan zaman maddələr mübadiləsinə mənfi təsir göstərirlər. Bir neçə müddət bundan öncə KİV-lər, plastik kütlələrin kişilərdə sonsuzluğa yol açdıqları haqqında məlumat vermişdilər. Məlum olub ki, plastik kütlələrin əsas komponentlərindən biri də ftalatlardır. Su, hava və qida ftalatlarla çirklənən zaman spermotozoidlərin hərəkəti pisləşir və kişilərdə sonsuzluğa yol açır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər