Alimlər fiziki vasitə istifadə etmədən məlumatı ötürməyi bacarıblar!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Çinli və Kanadalı elm adamları, fiber optik şəbəkə üzərindən bir məlumatı hər hansı fiziki bir materiala yükləmədən 8,2 kilometr kənara yollamağı bacardı.
Nature Photonics jurnalında nəşr olunan bir
araşdırmaya görə kanadalı və çinli elm adamları, iki şəhər arasında fiber
optik şəbəkə istifadə edərək məlumat yollamağı bacardı. Qrupun başında olan
Kanadalı elm adamı Volfqanq Tittel, bir fotonun kvant halını 8,2 kilometr kənara
yolladı. "Star Trek" film seriyasından ilhamlanaraq inkişaf etdirilən bir
texnikanın tətbiq araşdırmasında istifadə olunan qurğular, kvant internet
quruluşunun təməl daşı vəzifəsini üzərinə götürəcəyi bildirilir. Bir digər
araşdırmada isə Çin Texnologiya və Elm Universitetindən Çiang Cang və Cian-Vey
Pan, Hıfey şəhərində 30 kilometr uzunluğundakı fiber optik şəbəkə üzərindən məlumat
yollamaq üçün fərqli bir qurğu istifadə etdi. Elm adamları, kvant məxfiliyinin
vəd etdiyi etibarlı ünsiyyət üçün uzaq məsafələr arası şüalanmanın çox əhəmiyyətli
bir addım olduğunu söyləyirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)