main-post-cover

    Alimlər gələcəyin yanacağını yaradıblar (VİDEO)

    07.05.2017
    Orkhan Karimov

    Amerikalı alimlər gələcəyin yanacağını, insan orqanizmindən çıxan qalıqlardan alma üsulunu tapıblar.

    Həmin qalıqların hidrotermal durulaşdırma üsulu ilə emal olunması planlaşdırılır. Təbiətdə neft, hidrotermal durulaşdırma hesabına əmələ gəlib. Həmin üsulu, alimlər insan orqanizmindən çıxan qalıqların üzərində yoxlayıblar. Nəticə etibarı ilə alimlər daxili quruluşuna görə nefti xatırladan maye əldə ediblər. Hidrotermal durulaşdırma təbiətdə neftin yaranma şəraitini imitasiya edir. Sözügedən həmin qalıqlar ilk öncə müəyyən yerdə böyük təzyiq altında 650 dərəcəyə kimi qızdırılır. Daha sonra onlar isti yağlı mayeyə çevrilirlər. Alimlər hesablayıblar ki, il ərzində bir insanın ifraz etdiyi qalıqların miqdarı, 7.5-11 litr yanacaq alınmasını təmin edəcək. Təbiətdə neftin yaranması üçün milyonlarla illər lazım olduğu halda, laboratoriya şəraitində bu proses bir neçə saniyə vaxt aparıb.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər