Alimlər ilk yerdən kənar həyat formasını meteoritdə aşkar ediblər

Alimlər ilk yerdən kənar həyat formasını meteoritdə aşkar ediblər

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Kanadalı alimlər Sen-Tomas buzlaqlarına düşmüş meteoriti incələyiblər.

Meteoritin daxilində onlar bu dünyaya aid olmayan mikroorqanizmlər aşkar ediblər. Hər halda bu cür mikroorqanizmlərə indiyənə kimi Yer kürəsində rast gəlinməyib. "Technote.az"ın "Hi-tech.mail.ru"a istinadən verdiyi xəbərə əsasən meteoritin daxilində aşkar edilmiş mikroorqanizmlər insan tərəfindən tapılmış ilk dünyadan kənar həyat forması ola bilər. Meteoritlərin müşahidəsi ilə məşqul olan planetologiya mərkəzinin direktoru Piter Braun-un sözlərinə əsasən meteorit Yer kürəsinə 18 Mart tarixində düşüb. Braun öz həmkarı Fil MakKosland ilə birlikdə meteoritin qalıqlarını taparaq onları incələmişdir. Məhz qalıqları incələyən zaman onlar, qeyri-adi həyat formasını aşkar ediblər. "Biz gördük ki, meteoritin mineral fraqmenti mikroskopik çuxurlar ilə örtülüdür. Biz düşündük ki, bu məhv olmuş həyat formasının izləri ola bilər. Orqanizmlərin çox hissəsinin sağ olduğunu görəndə biz çox təəccübləndik” – deyə Fil MakKosland bildirib. Alimlər həmin orqanizmlərin çox hissəsini nümunə kimi götürüblər. Onlar bu məsələni sirr olaraq saxlamaq niyyətində deyillər və bu tədqiqata dünyanın müxtəlif yerlərindən olan alimləri cəlb etmək istəyirlər. Onlar bildirirlər ki, yeni həyat forması haqqında bütün məlumatları əldə etmək üçün illərlə vaxt lazım ola bilər.

 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yer kürəsinə bənzəyən yeni ekzoplanet aşkar edilib (VİDEO)

Astronomlar Yer kürəsinə bənzər daha bir ekzoplanet aşkar ediblər. Yer kürəsindən 40 işıq ili..


NASA-nı hack edən adam dəhşətli məlumatlar ortaya çıxardı!

NASA-nın bizdən həmişə bir şeylər gizlətdiyini, topladığı məlumatları insanlarla paylaşmadığ..


Pul istifadə etməyi öyrəndikdən sonra fahişəlik etməyə başlayan meymunlar (Təcrü..

Əgər Darwin bu məqaləni oxuya bilsəydi çox gümanki gözləri yaşarardı. Yale Univetsitetində tə..


Elm tarixində ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqünün fotosunu çəkəcəkl..

Tarixdə ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqününün fotosunu çəkəcəklər. Sözüge..


Kosmologiyada yeni kəşf. Öz qalaktikasından uzaqlaşan qara dəlik aşkarlanıb..

Hubble kosmik teleskopu ilə çalışan alimlər, qeyri-adi qara dəliyi kəşf ediblər. Belə ki, kü..


Kainatın mərkəzi harda yerləşir?

\"Kainatın mərkəzi hardadır?” sualı, alimlərə tez-tez verilir. Lakin hal-hazırda bu suala heç..

×