

Dəfələrlə proqramlaşdırılması mümkün olan yığcam kvant kompüteri Merilend Universitetini mütəxəssisləri tərəfindən hazırlanıb.
Technote.az-ın "Nature” mənbəsinə istinadən verdiyi xəbərə əsasən kompüterin iş prinsipini onun sisteminin texniki səviyyədə yenidən qurmağa ehtiyac qalmadan dəyişmək mümkündür. İnnovasiyalı kvant kompüteri 5 kubitdən (kvant kompüterlərində məlumatların saxlanması üçün nəzərdə tutulmuş ən xırda element) ibarətdir. Onlar eyni anda həm yaddaş həcmi həmdə ki, hesablayıcı elementlər rolunda çıxış edirlər. Kubitlər ion tələ vasitəsilə saxlanılır və lazerlər vasitəsilə idarə olunurlar. Alimlər bildiriblər ki, kompüter müxtəlif kvant alqoritmlərini yerinə yetirməyə qadirdir. Bir alqoritmdən digərinə keçmək üçün kompüterin quruluşunda dəyişiklik etməyə ehtiyac yoxdur. Edilmiş hesablamaların dəqiqliyi 98% təşkil edir. Müasir kvant kompüterləri üçün bu göstərici çox yüksəkdir. Mütəxəssislər qeyd ediblər ki, gələcəkdə bu kompüteri irimiqyaslı etmək olacaq. Beləliklə adi kompüterlərin daha çətin hesablamalara sərf etdikləri aylar və hətda illər kvant kompüteri sayəsində saatlarla əvəz olunacaq.
Şərh yoxdur