Alimlər ölüm ulduzunu aşkarlayıblar
Digər
07.05.2017
Farid Pardashunas
Kepler teleskopunun sayəsində alimlər orbitində yerləşmiş böyük qaya obyektini udan ağ karlik (cırtdan ulduz) aşkarlayıblar. Alimlərin müşahidəsi nəticəsində bəlli olub ki, həmin qaya parçası ağ karlik tərəfindən məhv edilmiş planetin kiçik bir hissəsidir. WD 1145+017 adlı ağ karlik Yer kürəsindən 570 işıq ili uzaqlığında olan Virgo ulduz sistemində yerləşir. Kepler teleskopu mütamadi qaralmalar və ulduz işığının 40% aşağı düşməsini aşkarlayıb. Bu isə öz növbəsində alimlərə asteroidə bənzər obyekti aşkar etməyə köməklik edib. Həmin obyekt ağ karlik ətrafında 4.5 saat müddətində tam dövr edərək parçalanır. Bundan əlavə olaraq ağ karlikin spektrində ağır elementlərə və qırıntılardan ibarət diskə rast gəlinib. Ağ karliklər güclü qravitasiya sahəsinə malikdirlər. Bəzən onların atmosferində heliumdan da ağır sayılan silisium və dəmir kimi elementlərə rast gəlinir. Alimlər düşünürdülər ki, bu cür elementlər ulduzun asteroidi və yaxud hər hansısa planeti udan zaman yaranır. Artıq bunun sübutu tapıldı. Alimlərin sözlərinə görə ağ karlik ətrafında fırlanan asteroidə bənzər obyektin, ağır elementlərin və qırıntılardan ibarət diskin eyni zamanda aşkarlanması onu göstərir ki, ağ karliklər həqiqətən asteroid və planetləri udma qabiliyyətinə malikdirlər. Bizim Günəşə bənzər ulduzun daxilindəki termonüvə enerji mənbəyi tükəndikdən sonra o ağ karlikə çevrilir. Bu cür hadisə bizim Günəş ilə də baş verə bilər. Nə vaxtsa Günəş həcmcə artaraq Merkuri, Venera, Mars və Yer planetlərini udacaq. Daha sonra o enerjisi tükənən ağ karlikə çevriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ