Alimlər mal ətinin əvəzləyicisini tapıblar
07.05.2017
Farid Pardashunas
Mal ətinin əvəzləyicisi əslində gündəlik qarşılaşdığımız bir varlıq imiş.
Kolorado Universitetinin alimləri tədqiqatlar nəticəsində müəyyən ediblər
ki, həşəratların tərkibində insanlar üçün olan xeyirli maddələrin sayı mal ətində
olanlardan daha çoxdur. Alimlər həşərat ətinin nə dərəcədə xeyirli və qidalandırıcı
olduğunu müəyyən etməyi qərara alıblar. Beləliklə onlar təcrübə apararaq müəyyən
ediblər ki, həşəratlar adi mal ətindən 20% daha çox zülal və karbohidratlara sahibdirlər. "Technote.az”ın "Mir24.tv”ə istinadən verdiyi xəbərə əsasən həşəratlarda
digər xeyirli maddələrin də mineralları var. Gələcəkdə mal ətini həşəratlarla əvəz
etmək olar. Məsələn cırcırama və un qurdlarında kalsium, maqnium, sink və mis, adi heyvan ətindən daha çoxdur. Beləliklə insanlar həmin həşəratları öz
qidalarında istifadə edə bilərlər. Bununla yanaşı alimlər həşəratlarla
qidalanmanın bir mənfi cəhətini də müəyyən ediblər. Belə ki, həşəratlarda mal və
donuz ətində olduğu kimi lazımi miqdarda yağ yoxdur. Məhz bu faktor sayəsində
insan qidalanan zaman daha tez doyur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək