main-post-cover

    Alimlər, Mars ilə Yer kürəsinin toqquşacağı vaxtı təyin ediblər

    07.05.2017
    Farid Pardashunas

    Viskonsin Universitetindən olan amerikalı alim geofizik Stephen Meyers, Mars ilə Yer kürəsinin toqquşma ehtimalının olduğunu bildirib.

    Bu nəzəriyyənin kökündə, Günəş sisteminin xaotik olması və planetlərin orbitlərinin bir qədər dəyişməsi durur. Bu cür hadisə, Günəş sistemindəki obyektlər arasındakı, demək olar ki, hiss olunmayan qravitasiya qarşılıqlı əlaqələri nəticəsində baş verir. Stephen Meyers, bunu "Kəpənək effekti” ilə müqayisə edib. "Bunlar demək olar ki, eyni hadisələrdir. Hind okeanı üzərində qanad çırpan kəpənək, bir həftədən sonra Şimali Amerikadakı hava şəraitinə təsir edə bilər” – deyə Stephen Meyers bildirib. Bu fikir heçdə yeni deyil. Lakin Meyers-in komandası jeç gözlənilməyən bir sübut aşkar edib. Kolorado ştatındakı qaya süxurları, çöküntü təbəqələrdən ibarətdir. Bu isə Yer kürəsinə daxil olan Günəş şüalarının təsirindən yaranmış iqlim dəyişikliklərinin sübutudur. Alimlərin fikrincə bu, Yer kürəsi orbitindəki dəyişikliklərin nəticəsidir. Son 50 milyon il ərzində Yer kürəsinin orbiti, hər 2.4 milyon il, dairəvi formadan elliptik formaya dəyişmişdir. Beləliklə Yer kürəsində müxəlif iqlim dəyişiklikləri baş verib. Lakin 85 milyon il ərzində sözügedən periodik dıyişiklik, 1.2 milyon il təşkil edirdi. Belə ki, Yer kürəsi ilə Mars bir-biri ilə qarşılıqlı əlaqədə olurdu. Belə əlaqəni isə xaotik sistemdə gözləmək təbiidir. Beləliklə milyardlarla il sonra kiçik də olsa, Mars planetinin, Yer kürəsi ilə toqquşması ehtimalı var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər