
Alimlər Marsa uçuşun insanlar üçün təhlükəli olduğunu öyrəniblər
07.05.2017
Farid Pardashunas
Alimlər kosmonavtların Marsa uçuş şərtlərini imitasiya ediblər.
Müşahidə zamanı məlum olub ki, Marsa uçuş beynə zərər vurur. Kaliforniya Universitetinin alimləri Mars uçuşu şəraitini
imitasiya edərək bir neçə təcrübə keçirdiblər. Burada ön planda olan məsələlər
koloniyaçıların Marsda nə ilə qarşılaşacaqları və insan orqanizminə kosmik
şüalanmanın təsiri idi. "Technote.az"ın "Hi-tech.mail.ru"a istinadən verdiyi xəbərə əsasən təcrübə laboratoriya siçanları üzərində aparılıb. 12 həftə
ərzində siçanlara oksigen və titanium ionları ilə təsir ediblər. Məlum olub ki,
şüalanmanın bu cür miqdarı beynin və mərkəzi sinir sisteminin işini pozur. Mars
koloniyaçıları yaddaş pozulması, depressiya, paranoya, halsızlıq, reaksiya sürətinin
aşağı düşməsi və ağıl çatışmamazlığı faktorlarından əziyyət çəkə bilərlər. Təcrübə
zamanı siçanlardan biri hətta qorxu hissini belə itirmişdir. Alimlər qeyd ediblər
ki, bəzi siçanların səhhətində təcrübədən bir neçə ay keçməsinə baxmayaraq müsbət
dəyişiklik müşahidə olunmayıb. Nəzərə alsaq ki, Mars missiyası 12 həftədən bir
qədər çox zaman alacaq, planetin bütünlüklə koloniyalaşması artıq perspektiv
bir iş kimi görünmür. Kosmonavtların Marsa uçuşları zamanı onlar artıq kosmik
radiasiyanın təsirinə düşəcəklər. Marsa çatdıqda isə onların səhhətlərində ciddi
problemlər ola bilər. Bu baxımdan alimlər kosmonavtları kosmik təhlükələrdən
qoruya biləcək yeni üsullar kəşf etməlidirlər.
Linki kopyala
Həftənin xəbərləri

