main-post-cover

    Alimlər "niyə Deja vu yaşayırıq?" sualına yeni bir cavab tapdılar!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bir çox insanların marağına səbəb olan "Deja vu” hadisəsi hər zaman müzakirə obyekti olmağı bacarıb. Yəqin ki, hər kəs "Deja vu”nun həqiqətdə nədən qaynaqlandığını bilmək istəyir. Yəqin ki, hər kəs həyatında çoxlu sayda bu tip hadisələrlə qarşılaşıb. ”Deja vu” dedikdə ilk ağla gələn isə "mən bu anı daha əvvəl yaşamışam” cümləsi olur. Hətta bəzən rastlaşdığımız hadisədə bundan sonra nələrin olacağını da demək mümkündür. Əslində "Deja vu" nədir? "Deja vu” sözünün mənası fransızcadan "Artıq görüldü” deməkdir. Başqa sözlə orijinallığın olmaması anlamını verir. Bunun səbəbi isə sanki real zamanla sizin düşündüyünüz zamanın üst-üstə düşməsidir. Hətta bəzən buna qərar da verə bilmirsiniz. "Bu hadisə təkrar yaşanır yoxsa indi yaşanılır” deyə tərəddüd edirsiniz.

    Bunu təyin etmək üçün araşdırma heyəti laboratoriya şəraitində "Deja vu” hissini ortaya çıxaracaq təcrübə təşkil edib. Könüllülər üzərində aparılan təcrübədə beyinin aktivlik dərəcəsi izlənib. Ortaya çıxan nəticələr isə olduqca maraqlıdır, çünki təcrübə əsnasında beyin olduqca sakit olub. Düşünülənlərin əksinə, "Deja vu” hissi xatirələr tərəfindən yaradılmadığı müşahidə olunub. Təcrübə zamanı yaddaş bölgəsinin əksinə beynin qərar qəbul etmə və problemləri həll etmə bölmələri daha aktiv çalışıb. Təcrübənin nəticəsinə əsasən demək olar ki, "Deja vu” hissi yaddaş bölgəsinin yaxşı çalışdığını göstərir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər