main-post-cover

    Alimlər okeanın dibində qəribə canlı orqanizm aşkar ediblər

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bir qrup alim okeanın dərinliyində qəribə parlayan bənövşəyi kürə aşkar ediblər. Və hələki bu qəribə tapıntının nə olduğu bilinmir. Okean tədqiqatları fondunun elmi-tədqiqatlar gəmisi olan Nautilus hal-hazırda Cənubi Kaliforniya sahillərində yerləşərək bizim planetimizin ən aktiv tektonik sahələrini müşahidə edirlər. Bu həftə dərin dalğıclar komandası okeanın dibində diametri bir neçə santimetr olan qəribə parlayan bənövşəyi kürə aşkar edib. İlk öncə alimlər gözlərinin önündə nəyin olduğunu anlamayıblar. Daha sonra onlar sualtı robotun vasitəsilə qəribə canlını götürüblər. Hal-hazırda o müşahidə altındadır. Əgər məlum olsa ki, tapılmış kürə tamamilə yeni həyat formasıdır, onun müəyyən edilməsinə uzun illər lazım ola bilər. Gəmidən əldə olunmuş sonuncu ismarıc belədir. "Nümunələrin əldə olunmasından sonra kürə çevrilərək iki hissəyə ayılmağa başlayıb” – deyə alimlər bildiriblər. Bir söznən bioloqların aşkar etdikləri kürənin hansı növ canlı orqanizm olduğu hələki bilinmir.

    Linki kopyala