main-post-cover

    Alimlər süni sperm yaradıblar

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bu cür təcrübə bir ilk deyil. Lakin daha əvvəllər keyfiyyətli məhsul almaq mümkün olmurdu. "Ən yaxşı sperm" təcrübəsinin müəllifləri çinli bioloqlar olublar. Adətən spermotozoidləri sütun hüceyrələrdən yaradırlar. Lakin çinli alimlər daha səmərəli üsuldan istifadə ediblər. Onlar laboratoriyada spermatidləri (yaranma prosesinin son mərhələsi olan kişi cinsi hüceyrələri) yaratmağa müvəffəq olublar. Onların tamamilə funksional olmalarına baxmayaraq spermatidlər üzgüçü quyruqlardan məhrumdurlar. Bundan əlavə olaraq onlar yalnız in vitro yumurta hüceyrəsində mayalanırlar. Siçanlar üzərində aparılmış bu təcrübə əsasında alimlər tamamilə sağlam olan yeni siçan nəsli əldə ediblər. Süni spermin yaradılması prosesi alimlərdən yüksək dərəcədə diqqətli iş tələb edib. İlk öncə alimlər erkək siçandan embrional hüceyrələrini götürüblər. Həmin hüceyrələrin cinsi hüceyrələrə dəyişmələri üçün onlara sitokinlər (kiçik molekullu zülal təbiətli mediatorlar) ilə təsir ediblər. Daha sonra hüceyrələri erkək cinsi xayalıqlara bənzər qidalandırıcı mühitə yerləşdirərək testosteron effektinə təsir ediblər. Əldə edilmiş nəticə "qızıl standart"-a uyğun gəlib. Alınmış süni spermin əsas xüsusiyyətləri bunlardır: Yaranmanın hər mərhələsində hüceyrə mutasiyalarının olmaması və düzgün xromosom dəsti ilə DNT tərkibi. Həmişəki kimi bu cür təcrübələrin etik cəhətdən düzgün olub olmaması sual doğurur. Süni sperm hüceyrə yaranışının bütün təbii mərhələlərini keçmir. Beləliklə aydın deyil ki, bu üsul ilə dünyaya gəlmiş uşaqlar necə inkişaf edəcəklər. Bütün bunlardan əlavə olaraq spermatidlər xayalarda xüsusi seçim mərhələsindən keçirlər. Yəni orqanizm özü qərar verir ki, onlardan hansılar reproduksiya üçün yararlıdır. Laboratoriya şəraitində bu mərhələləri həyata keçirtmək qeyri-mümkündür. Bütün bunlara baxmayaraq süni spermin yaradılması üzrə təcrübələr bir çox ölkələrdə aparılır və minlərlə bəhrəsiz kişilərə ümid verir.

    Linki kopyala