
Alimlər xatirələrin silinmə üsulunu aşkar ediblər
Digər
07.05.2017
Farid Pardashunas
Belçikalı və almaniyalı alimlər genlərdən birini deaktiv edərək
siçanlarda əlaqələndirici xatirələrin silinməsinə nail olublar. Əlaqələndirici
təlim beynin hər-hansı bir xarici mütəmadi fəaliyyət faktorunu mənimsəməsi prosesidir. Məsələn məktəbdə tənəffüs zəngi çalanda uşaqlar bilirlər ki, tənəffüs
müddətində qidalanma prosesi gedəcək. Beləliklə onlar zəngin səsini eşidən
zaman orqanizmləri artıq həzm etmə prosesinə hazır olurlar. Təcrübə zamanı
alimlər siçanlara işıqlı mühitdə qəfəsin bir hissəsindən digərinə hərəkət etməyi
öyrədiblər. Siçanlar bu tapşırığın öhdəsindən gəldikləri zaman qida ilə
mükafatlandırılırdılar. Daha sonra onlar siçanların beynindəki neyroplastin
genini deaktiv ediblər. Bundan sonra məlum olub ki, işıqlı mühitdə siçanların nə
edəcəkləri yaddaşlarından silinib. Yəni genlərdən sadəcə birini deaktiv etmək təlim zamanı əldə olunmuş əlaqələndirici xatirələrin silinməsinə gətirib
çıxardır. Neyroplastin geni beynin hücüyrələri arasındakı rabitə rolunu oynadığı
üçün onu deaktiv edən zaman bu cür nəticə əmələ gəlir. Başqa sözlə desək
sözügedən gen xatirələrin yığılması müxanizminin iş prinsipini yerinə yetirir.
Alimlər neyroplastin geninin öyrənilməsini davam etdirəcəklər.
Linki kopyala
Həftənin xəbərləri

