main-post-cover

    Alimlər xərçəng xəstəliyinin əlacının nə vaxtsa tapılmasına inanmırlar

    07.05.2017
    Farid Pardashunas

    Elm dünyasının bir neçə nüfuzlu xadimi insanlığın nə vaxtsa xərçəng xəstəliyinin dərmanının tapılmasının mümkünsüzlüyünü bildiriblər.

    Xərçəng xəstəliyinin üzərində qələbə qazanmaq müasir elmin əsas məqsədlərindən biridir. Hər il bu xəstəliklə mübarizənin yeni üsulları ortaya çıxır. Hətta bir çox mütəxəssislərin fikrincə xəstəliyin yaxın gələcəkdə əlacı tapılacaq. Avropa Tibbi Onkologita Təşkilatının Kopenhagen-də keçirtdiyi konfransda bir sıra mütəxəssis yaxın gələcəkdə xərçəng xəstəliyinin əlacının tapılmasına şübhə ilə yanaşdıqlarını ifadə ediblər. "Mən düşünürəm ki, xəstəliyin milyon il ərzində var olmasından sonra ona qalib gəlmək arzuları sadəcə xəyaldır” – Danimarka Onkologiya Təşkilatının təmsilçisi Yorgen Olsen bildirib. Bununla yanaşı alim qeyd edib ki, yegane ümid yeri xərçəngin ölümcüldən onkoloji xəstəliyə keçməsidir.
    Buna bənzər fikri həmçinin məşhur bioloq Maks Dauqor da bildirib. "Biz xərçəngdən əziyyət çəkən insanı tamamilə sağaldacaq dərman tapa bilməyəcəyik” – deyə o bildirib. Dauqor inanır ki, gələcəkdə insanlar bu xəstəlikdən həyatlarını itirməyəcəklər. Lakin onlar bu xəstəliklə yaşamağa məcbur olacaqlar. Alimin qeyd etdiyinə görə o umid edir ki, gələcəkdə xərçəngin bütün növləri arasında ortaq bir səbəb tapılacaq. Beləliklə daha effektiv müalicə növünün yaradılmasından söhbət gedə bilər. Lakin onun fikrincə hətta bu halda belə xəstəlikdən tamamilə qurtulmaq qeyri-mümkün olacaq. Yəni, bu gün olduğu kimi gələcəkdədə müalicə üçün müxtəlif üsullardan istifadə etmək lazım gələcək. Alimlərin sözlərinə görə xərçəng xəstəliyinin möhkəmliyi onun mutasiyaya uğrayaraq müxtəlif şərtlərə uyğunlaşmasında gizlidir. Xəstəliyin bütün insan bədəninə yayılaraq müxtəlif formalara çevrilməsi ona qalib gəlmənin önündəki ən böyük sərhəddir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər