
Alimlər xoşagəlməz xatirələrdən necə qurtulmağın yolunu söyləyiblər
07.05.2017
Farid Pardashunas
Çinli və amerikalı neyrbioloqlar xoşagəlməz xatirələrlə effektiv mübarizə yolunu kəşf ediblər.
İnsanın yatmazdan əvvəl qəbul
etdiyi neqativ məlumat bir qayda olaraq yaddaşda daha yaxşı qalır. Bu zaman
alimlər qısa müddətli yaddaşın uzun müddətli yaddaşa keçid etdiyini müşahidə
ediblər. Beləliklə alimlər müəyyən ediblər ki, xoşagəlməz məlumat əldə edilən
zaman bir müddətlik yuxuda qalmaq daha məsləhətlidir. "Technote.az"ın "Mir24.tv"ə istinadən verdiyi xəbərə əsasən bu cür nəticəyə alimlər
73 tələbəni müşahidə edəndən sonra gəliblər. Alimlər həmin tələbələrdən
insanlarla bağlı neqativ xatirələri uzaqlaşdırmalarını xahiş ediblər. Müşahidədə
iştirak etmiş tələbələri həmçinin maqnit-rezonanslı tomoqrafiya vasitəsilə də
müayinə ediblər. Neyrofizioloqların fikrincə xoşagəlməz xatirələri uzaqlaşdırmaq,
posttravmatik stressdən əziyyət çəkən insanların müalicə dövründə daha
yararlıdır.
Linki kopyala
Həftənin xəbərləri

