
Alimlər yuxusuzluqla mübarizənin sadə üsulunu açıqlayıblar
07.05.2017
Farid Pardashunas
Mütəxəssislər yuxusuzluqla dərmanlarla deyil, ənənəvi üsul ilə mübarizə aparmağı məsləhət görürlər.
Yuxusuzluqla mübarizəyə aid bir
çox tədqiqatlar mövcuddur. Adətən belə halda insanlar çox zaman tibbə müraciət
edirlər. Baxmayaraq ki, yuxusuzluğun qarşısını alan bir çox təsirli dərmanlar
var, alimlər yenə də ənənəvi üsuldan istifadəni daha çox məsləhət görürlər. Mütəxəssislərin
sözlərinə əsasən yuxusuzluqdan qurtulmaq üçün nəzərdə tutulmuş dərmanlardan
istifadə edən zaman insan həmin dərmanlardan asılı vəziyyətə düşə bilər. Ənənəvi
üsul zamanı isə yatmazdan 2-3 saat əvvəl xarici qıcıqlandırıcı faktorlardan
(kompüter oyunları və televizor) uzaq olmaq, duş qəbul etmək və ya kitab oxumaq
lazımdır. Yatmazdan öncə təmiz havada yarım saat gəzinti orqanizmin yorulmağına
və beynin oksigen ilə qidalanmasına gətirib çıxaracaq. "Technote.az”ın "Mir24.tv”ə
istinadən verdiyi xəbərə əsasən yuxudan 2-3 saat öncə yüksək kalorili qida qəbul etmək
məsləhət görülmür. Belə ki, bu faktor yuxusuzluğa səbəb ola bilər. Bundan əlavə
olaraq son araşdırmalara əsasən yuxusuzluğa qarşı ən yaxşı mübarizə növü həmdə
yoqa-dır.
Linki kopyala
Həftənin xəbərləri

