main-post-cover

    Alzheimer-ı ortaya çıxaran video oyun istifadəyə verildi

    Elm & Texnologiya
    07.05.2017
    Orkhan Karimov

    Cornell Universiteti çox maraqlı və bir o qədər əhəmiyyətli bir onlayn oyun yaradıb. Siz bu oyunu oynayaraq alimlərin Alzheimer xəstəliyi haqda araşdırmalarına yardımçı ola bilərsiniz.

    Alzheimer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir. Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intellektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması ilə qarşımıza çıxır. Təəssüf ki, bu xəstəlikdən əziyyət çəkən yalnız yaşlı insanlar deyil. Alimlərin bu oyunu yaratmaqda əsas məqsədi isə xəstəliyə səbəb olan hüceyrələrin oyunçular vasitəsilə aşkarlanmasıdır. Elm və tibdən xəbəri olmayan biri də bu oyunu oynayaraq bu xəstəliklə mübarizədə alimlərə yardımçı ola bilər. Oyunçular oyunu oynarkən orda bir növ yardımçı funksiyası daşıyırlar.

    Stall Catchers adlı bu video oyun əslində uşaqlar üçün nəzərdə tutulmayıb. Oyunda Alzheimer xəstəsi olan siçanların beyin şəkilləri olan böyük bir xəritə öz əksini tapıb. Oyunçular oyuna daxil olaraq Alzheimer-a səbəb olan kiçik qan tromblarını tapmağa çalışırlar. Oyunçuların tapdığı bu zərərli hissəciklər alimlərin bu sahədə etdiyi işlərin daha asan nəticə əldə etməsinə səbəb olur. Belə ki, oyunçuların tapdığı bu hissəcikləri tapmaq üçün alimlər uzun vaxt araşdırma aparmalı olurlar.
    Oyunu oynamaq istəyənlər burdan daxil ola bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər