"Amazon" da musiqi dünyasından geri qalmayıb yeni xidmətini təqdim edib
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Amazon" yeni xidməti haqda məlumat verib, hansı ki, bu yeniliyin Apple Music-ə rəqib olması gözlənilir.
Yeni xidmətin adı Amazon
Music Unlimited adlanır. Şirkət yeni xidmətdə milyonlarla musiqi parçasının
və yüzlərlə playlistin yer alacağını bildirib.
Bundan əlavə şəxsi səhifənin dəstəklənməsi nəzərdə tutulur. Musiqi dinləmək
üçün istifadəçilər Amazon Music-in
yenilənmiş tətbiqindən və ya "ağıllı” Echo səsgücləndiricilərindən istifadə edə
bilərlər.
"Amazon", Music Unlimited üçün xüsusi tarif
planı da hazırlayıb. Belə ki, aylıq ödənişi 9,99$ olan xidməti, Amazon Prime abonenetləri 7.99$-a istifadə edə bilərlər. Eyni zamanda Echo və Tap cihazlarının
sahibləri musiqi dinləmək üçün aylıq 3.99$ ödəməlidirlər.
Gələcəkdə "Amazon" həmçinin ailə büdcəsinə qənaət etmək istəyənlər üçün altı nəfərlik
qrup üçün aylıq 14.99$ ödəniş tarixi
tətbiq etməyi nəzərdə tutur.
Onu da qeyd edək ki, test mərhələsi üçün
xidmət pulsuz təklif olunur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!