"Amazon", informasiya təhlükəsizliyi ilə məşğul olan startapı 20 milyon dollara aldı
Digər
07.05.2017
Farid Pardashunas
Bulud servis olan Amazon Web Services, təhlükəsizlik sistemlərinin hazırlanması ilə məşğul olan Harvest.ai startapını 20 milyona aldı.
"Trinity Ventures”in (startapın investorlarından biri)
general tərəfdaşı Fred Wang-ın sözlərinə əsasən "Amazon”, Harvest.azi-ni hələ
keçən ilin əvvəlində almışdı. Lakin daha əvvəllər bu barədə açıq mənbələrdə heç
bir məlumat yox idi. Wang, müqavilənin hansı məbləğ qarşılığında bağlandığını
söyləməyib. Lakin o bildirib ki, müqavilə investorlar və şirkət rəhbərliyi üçün
yaxşı fürsət olub. Digər bir mənbənin məlumatına əsasən isə müqavilənin dəyəri
19 milyon dollar təşkil edir və startapın 12 nəfər əməkdaşı, "Amazon”un baş
ofisində çalışır. "Amazon”un təmsilçiləri sözügedən xəbər barədə heç bir fikir
bildirməyərək qeyd ediblər ki, onlar şaiyə və fərziyyələri müzakirə etmirlər.
Harvest.ai-nin təsisçiləri də bu barədə heç bir məlumat verməyiblər. Qeyd etmək
lazımdır ki, Harvest.ai, Aleksandr Vatson tərəfindən təsis edilmişdi.
Daha öncə o, 10 il ərzində ABŞ-ın Beynəlxalq Təhlükəsizlik
Agentliyində (NSA) çalışmışdır. Məlumata əsasən 2014-2015-ci illərdə startap, "Trinity Ventures” və "Moonshots Capital”dan
ümumilikdə 2.71 milyon dollar investisiya almışdır. Harvest.ai, süni zəkadan
istifadə edərək mümkün hacker hücumlarının aşkar edildiyi zaman istifadəçilərin
davranışlarını analiz edir. Servisə inteqrasiya olunmuş Macie Analytics sistemi, yer dəyişikliyi internetdə vaxt keçirdən zaman davranışların dəyişməsini
və s. kimi faktorları nəzərə alaraq istifadəçilərin şəbəkədə işlədikləri zaman
baş verən qəribəlikləri aşkar edir. Vacib sənədlərin public rejimə düşdüyü və
ya başqasına göndərildiyi zaman sistem, istifadəçiyə bu barədə məlumat verir. Məlumata
əsasən alınmış startapın texnologiyaları Amazon Web Services-in məlumatlarının
qorunmasında istifadə oluna bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)