main-post-cover

    Amazon işçisi, şirkətin CEO-su Jeff Bezos-a məktub göndərərək intihara cəhd edib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir çoxları Amazon və ya bunu kimi tanınmış şirkətlərdə çalışmaq üçün əlindən gələni edir. Amma bildirək ki, burda işləmək təsəvvür edildiyi qədər asan iş deyil. Belə ki, dünən Amazon işçilərindən biri intihara cəhd göstərib.

    Xatırladaq ki, 2015-ci ildə Amazon bu cür qalmaqalla gündəmə gəlmişdi. Amma şirkətin CEO-su Jeff Bezos tez bir zamanda vəziyyəti ələ alaraq iddiaların yalan olduğunu bildirmişdi.
    Amma dünən baş verən hadisə dünya mediasının gündəmini zəbt edib. Verilən məlumata görə Amazon işçilərindən biri özünü şirkətin Seattle-da yerləşən binasından yerə ataraq intihara cəhd edib. Bu haqda məlumatı Bloomberq verib. Hadisə bazar ertəsi saat 8:45-də baş verib. Polislər şəxsin xəstəxanaya vaxtında çatdırıldığını bildiriblər.
    Bloomberq-in verdiyi məlumata görə adının çəkilməsini istəməyən bir şəxs intihara cəhd edən işçinin şirkətin CEO-su Jeff Bezos və onun köməkçilərinə məktub yazdığını bildirib. Məktubda o, ağır iş şəraitindən məlumat verib. Digər mənbədə isə şəxsin işlədiyi departamenti dəyişmək üçün müraciət etdiyi bildirilir. Amma onun bu müraciətinə cavab olaraq bildirilib ki, onu işçi inkişaf planına daxil edəcəklər. Bu isə onun işi yerinə yetirmək üçün mümkün bacarıqları olmadığını ifadə edir. Bundan əlavə məktubda işçinin şirkətə görə təəssüf hissi keçirdiyi öz əksini tapıb deyə adının çəkilməsini istəməyən mənbə bildirib.

    Amazon nümayəndələri isə baş verən hadisədən sonra mövzu ilə bağlı öz münasibətini bildirərək və onun sağalması üçün hər cür dəstək göstərəcəklərini deyiblər.
    Xatırladaq ki, bu hadisə yalnız Amazon tarixində belə deyil. Hələ 2009-cu ildə Foxconn şirkətinin işçisi Sun Danyong iPhone prototipinin yoxa çıxarılması əsas gətirilərək evində yoxlama aparılmış və o, da bu hadisədən sarsıntı keçirərək intihara cəhd etmişdi. Digər Foxconn işçisi isə işə başladıqdan 1ay sonra özünü fabrikin damından atmışdı.

    Linki kopyala