main-post-cover

    Amazondan möhtəşəm kompaniya! Hədiyyə Planşet!

    Elm & Texnologiya
    Tech-Biznes
    e-ticaret
    07.05.2017
    Farid Pardashunas
    Son dönəmlərdə Amazon, e-ticarətdəki hegemoniyası ilə bərabər texnoloji məhsulları ilə də diqqət mərkəzində olmaq üçün son dərəcə israrlıdır. Şirkətin son zamanlarda açıqladığı möhtəşəm kompaniya isə bunun bir sübutudur. 50 dollar qiyməti olan "Fire" adlı planşetin artıq bazarlara təqdim olunmağına sayılı günlər qalıb. 7 inçlik 1024×600 IPS ekran, dörd nüvəli 1.3 Ghz prosessor, 1 GB RAM, microSD kart ilə 128 GB-a qədər artırıla bilən  8 GB daxili yaddaş, ön və arxa kamera ilə 7 saatlıq batareya ömrü ilə olduqca göz qamaşdıran planşet "Fire OS Bellini" əməliyyat sistemi ilə təqdim olunacaq. Planşeti əldə edənlər Amazonun servislərindən də yararlana biləcəklər.
    firetablet2
    İndi isə kompaniyanın detalları barədə məlumat verək. Amazonun bu kompaniyası "6 planşet alana 1 planşet həddiyə" adlanır. Ancaq burda isə bəzi nüansları qeyd etmək yerinə düşər. Amazon "Fire" planşetləri üçün 6lıq paket təklif edir və bu paketin qiyməti 250 dollar təşkil edir. Yəni paketi alanlar 1 planşeti pulsuz əldə etmiş olurlar. Bir çox mütəxəssislər fikirləşir ki, bu Amazonun atdığı uğurlu addımlardan biridir. Nəzərə alsaq ki, müasir dövrdə texnologiya inkişaf etdikcə onun bütün sferala nüfuz etməsi bir çox sahibkarın bu fürsətdən istifadə etməsinə zəmin yaradacaq. Hətta bu paketi almaqla dost-tanışlarına planşet hədiyyə edənlər belə olacaq. 30 sentyabrda satışa çıxacaq olan bu planşetlərə isə ölkəmizdə maraq nə dərəcədə olacaq, bu hələlik sual altındadır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər