drzeka zeka kartları

Amazon dan Pərakəndə ticarətdə inqilab yaradacaq tətbiq: Amazon Go

08.05.2017 0 PAYLAŞIM 6065 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

"Amazon "un bir e-ticarət nəhəngi olması pərakəndə bazarında inqilab etməsinə maneə deyil və biraz əvvəl təqdim edilən "Amazon Go " bu inqilabı reallaşdırmağa namizəd görünür. 

Hələki test mərhələsində olan Amazon Go, kassada ödəniş etmək dərdini ortadan qaldıran bir tətbiqdir. Ödəniş etmək lazım olmadığı üçün sıraya girməyinizə də ehtiyac qalmır. Beləliklə məhsulları rəfdən alıb çantanıza atraraq mağazanı tərk edə bilirsiniz. Bəs bu necə olur? deyə soruşduğumuzda "Amazon ", sürücüsüz avtomobillərdə istifadə edilən texnologiyalara (kompüter görüşü, sensorlar və dərin öyrənmə) işarət edir.
Aşağıdakı videoda da görəcəyiniz kimi Amazon Go tətbiqini endirdikdən sonra sadəcə marketə girişdə bir QR kodu oxutmağınız kifayət edir. Normal bir şəkildə alışverişinizi edib çıxırsınız və Amazon nələri aldığınızı tanıyıb ödəniş barədə fakturanı mobil telefonunuza göndərir.

İşin texniki tərəfi çox ətraflı açıqlanmasa da sözügedən mağazaların ciddi bir sensor kamera avadanlıqları ilə təchiz olunduqlarını bilirik. Ancaq xəta payının sıfır olub-olmadığı ən azından məni düşündürən bir ehtimaldır. Həmçinin məsələ sadəcə yanılma payında deyil, "Amazon "un fırıldaqçılara qarşı bir tədbir görməsi də mütləqdir.
"Amazon "un bu texnologiyanı pərakəndə nəhənglərinə açıb-açmayacağı isə ayrı bir sual işarətidir. Bu texnologiya hələki Seattledakı bir mağazada sadəcə "Amazon " işçiləri tərəfindən istifadə edilə bilir. Amazon Go-nun 2017-ci ilin əvvəlində ümumi istifadəyə buraxılmasını və Walmart-ın bu işə nə deyəcəyini maraqla gözləyirik.