"Amazon"dan Pərakəndə ticarətdə inqilab yaradacaq tətbiq: Amazon Go

"Amazon"dan Pərakəndə ticarətdə inqilab yaradacaq tətbiq: Amazon Go

Elektron Ticarət
08.05.2017 PAYLAŞIM

"Amazon"un bir e-ticarət nəhəngi olması pərakəndə bazarında inqilab etməsinə maneə deyil və biraz əvvəl təqdim edilən "Amazon Go" bu inqilabı reallaşdırmağa namizəd görünür. 

Hələki test mərhələsində olan Amazon Go, kassada ödəniş etmək dərdini ortadan qaldıran bir tətbiqdir. Ödəniş etmək lazım olmadığı üçün sıraya girməyinizə də ehtiyac qalmır. Beləliklə məhsulları rəfdən alıb çantanıza atraraq mağazanı tərk edə bilirsiniz. Bəs bu necə olur? deyə soruşduğumuzda "Amazon", sürücüsüz avtomobillərdə istifadə edilən texnologiyalara (kompüter görüşü, sensorlar və dərin öyrənmə) işarət edir.
Aşağıdakı videoda da görəcəyiniz kimi Amazon Go tətbiqini endirdikdən sonra sadəcə marketə girişdə bir QR kodu oxutmağınız kifayət edir. Normal bir şəkildə alışverişinizi edib çıxırsınız və Amazon nələri aldığınızı tanıyıb ödəniş barədə fakturanı mobil telefonunuza göndərir.

İşin texniki tərəfi çox ətraflı açıqlanmasa da sözügedən mağazaların ciddi bir sensor kamera avadanlıqları ilə təchiz olunduqlarını bilirik. Ancaq xəta payının sıfır olub-olmadığı ən azından məni düşündürən bir ehtimaldır. Həmçinin məsələ sadəcə yanılma payında deyil, "Amazon"un fırıldaqçılara qarşı bir tədbir görməsi də mütləqdir.
"Amazon"un bu texnologiyanı pərakəndə nəhənglərinə açıb-açmayacağı isə ayrı bir sual işarətidir. Bu texnologiya hələki Seattledakı bir mağazada sadəcə "Amazon" işçiləri tərəfindən istifadə edilə bilir. Amazon Go-nun 2017-ci ilin əvvəlində ümumi istifadəyə buraxılmasını və Walmart-ın bu işə nə deyəcəyini maraqla gözləyirik.




DAHA ÇOX


Bu qarğıdalı cipsi internetdə 100 min dollara satıldı!

eBay üzərində keçirilən bir auksion, hədəfləri aşaraq hərkəsi heyrətləndirdi. Adi bir qarğıd..


Davosdakı çıxışında Jack Ma, kiçik sahibkarlar barədə maraqlı təklif irəli sürdü..

\"Alibaba Group”un təsisçisi Jack Ma, Davosda keçirilmiş Ümumdünya İqtisadi Forumda çıxışı..


Selfie ilə ödəniş dövrü başladı

Mastercard, 2016-nın ikinci yarısında, Selfie Pay adını verdiyi, biometrik idarə prosesli bir ödəni..


"Ebay", "Aliexpress" saytlarında alış-verişə hansı halda ver..

Son günlərdə internetdə geniş müzakirə mövzusu olan xarici ödəmələrə tətbiq olunacaq ƏDV vergi..


Elektron ticarətə və xarici ödənişlərə tətbiq olunacaq ƏDV təsdiqləndi..

  Son günlərdə internetdə geniş müzakirə mövzusu olan xarici ödəmələrə tətbiq olunacaq..


Google Wallet yenidən dizayn edildi

\"Google”un rəqəmsal pul kisəsi servisi Google Wallet, daha praktiki və gözəl bir dizayn təkli..

×