main-post-cover

    "Amazon"nun yeni üz tanıma servisi vasitəsilə istədiyiniz şəxsin yaşını öyrənə bilərsiniz

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    İnsanların yaşlarını onların fotolarına görə təyin edən servisi, "Microsoft” şirkəti çoxdan təqdim etmişdi.

    İndi isə buna oxşar servisi "Amazon” şirkəti də təqdim edib. Yeni servisi istifadə etmiş istifadəçilər, hər iki servisi qarşılaşdırıblar. Onların sözlərinə görə "Amazon”nun təqdim etdiyi servis daha dəqiq çalışır. Belə ki, "Amazon”nun təqdim etdiyi servis nəinki yaşı təyin edir, həmdə insanın hansı üz mimikasına sahib olduğunu müəyyən edir. Maraqlısı ondadır ki, hər iki servisin müqayisəsi zamanı onlar müəyyən səhvlərə yol verərək reallığa uymayan nəticələr göstəriblər. Belə ki, "Microsoft”un servisi, isitifadəçinin cinsini, "Amazon”nun servisi isə istifadəçinin yaşını səhv təyin etmişdir. İstənilən şəxs sözügedən servisin demo versiyasını burdan yoxlaya bilər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər