main-post-cover

    Amerikada daha bir uğurlu bionik göz nəqli

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Xüsusən 3D printerlərin geniş miqyasda istifadəsindən sonra insanlara da süni orqanların transplantasiya edilməsi artıb. Bu orqanlar bionik orqanlar adlanır. Bu gedişlə, yaxın gələcəkdə bionik orqanlardan istifadə artıq normal hal kimi qəbul ediləcək. Bu xəbərdəki organ 3D printer vasitəsi ilə hazırlanmasa da, bionik orqanların 3D printerlər tərəfindən hazırlana biləcəyi faktını təkzib etmir.
     
    Bu sahədə elm dünyası uğurlu addımlarla irəliləyir. Bu uğurlardan biri də 15 ildir ki, gözdən əlil olan Jamie Carley üçün hazırlanan bionik gözdür.Bu süni göz nəqli Amerika tarixində ikincidir.
     
    Amerikada daha bir uğurlu bionik göz nəqli
     
    Retinitis pigmentosa adlı göz xəstəliyi səbəbindən görmə qabiliyyətinin böyük bir hissəsini itirən Carley,bionik göz vasitəsi ilə yenidən görməyə başladı.Əslində onun yenidən görməsinə səbəb təkcə süni göz deyil, həm də orada yerləşdirilən mikrosxemdir. Prosedur bele baş verir: Bionik gözdə yerləşdirilən kamera görüntüləri mikrosxemə yollayır və optik sinirlərə bağlı olan mikrosxem də bu sinirlərə uyğun olaraq beyinə görüntüləri ötürür.
     
    Amerikada daha bir uğurlu bionik göz nəqli
     
     
    Bu əməliyyət Amerikada Kolorado Universitetində həyata keçirilmişdir. Onlar aldıqları nəticədən çox məmnundurlar. Araşdırmaçılar bu tip əməliyyatların ardının gəlməsi mövzusunda optimistdirlər. Lakin cihazın qiyməti 150.000$ olduğu üçün tələb olacaq ya yox bunu zaman göstərər. Buna baxmayaraq gələcəyə doğru atılmış gözəl addım olduğu mütləqdir.
     

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər