main-post-cover

    Amerikada yerləşən Türkiyə startapı WeSnap, Fransız oyun şirkəti Akkad tərəfindən satın alındı

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Türkiyəli Gökhan Çeliker-in CEO-su və qurucusu olduğu iOS telefonlar üçün şəkil paylaşım tətbiqi WeSnap, Fransız mobil oyun və tətbiq şirkəti Akkad tərəfindən satın alındı.
    2015-ci ildə təqdim edilən WeSnap, iki yarımçıq şəkli birləşdirməsi ilə diqqətləri çəkən bir tətbiq idi və təqdim edildiyində ProductHunt-da günün ən çox səs verilən tətbiqi olmuşdu. WeSnap, aradan keçən 1.5 ildə ayaqda qalmağı bacarmış və rəsmi bloqunda paylaşılan məlumata görə Akkad adlı Fransız şirkət tərəfindən satın alınıb.
    WeSnap-ın bloq yazısında paylaşdıqları yazıda, tətbiqin hazırlanmasında 20 nəfərin əməyinin olduğu deyilir və həm komandaya, həm də istifadəçilərə təşəkkür edilir. Satın almanın hansı məbləğdə reallaşdırıldığı və istifadəçi sayı kimi hər hansı bir rəqəm paylaşılmayıb.
    Qeyd etmək istəyirik ki Akkad, Fransada yerləşsə də ABŞ Bolqarıstanda da ofislərinin mövcud olduğu bir texnologiya şirkətidir. Beləki şirkət, iOS, Android və Windows Phone ağıllı telefon və planşetləri üçün oyunlar hazırlayır və hazırda sahibi olduğu Html5.com-u təqdim etməyə hazırlaşmaqla məşğuldur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər