main-post-cover

    Amerikalı alimlər qan xərçənginin müalicəsinə nail olublar

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Fred Hutchinson adına onkoloji müşahidələr mərkəzindən olan həkim Stanley Riddell Pensilvaniya və Pittsburq universitetlərindən olan əməkdaşları ilə birlikdə qanın onkoloji xəstəliklərinin müalicə olunmasında böyük uğurlara imza atıb. Onların müalicə üsulu T immun hüceyrələrinin xərçəng hüceyrələrini məhv etməyə öyrəşdirməkdən ibarətdir. Nəticədə sağalması qeyri-mümkün görünən xəstələr belə sağalıblar. Təcrübədə lenfoblastik leykoz diaqnozlu 29 nəfər iştirak etmişdir. Yenilənmiş T limfositlərin köməyi ilə aparılmış müalicə sonrası 27 nəfərin sümük iliyində xərçəng hüceyrələri tamamilə yox olmuşdu. Təcrübəni aparmış mütəxəssislərdən birinin sözlərinə görə onlar bu üsulun hazırlanmasına 15 il vaxt sərf ediblər.
    "Mən heç vaxt sümük iliyində çoxlu sayda xərçəng hüceyrələri olmuş ilk xəstəni unutmayacam. Müalicədən sonra mən mikroskopla müşahidə aparmışdım. Nəticədə heç bir xərçəng hüceyrəsinə rast gəlməmişdim. Bu fantastikadır”. Mütəxəssislər lenfoblastik leykoz diaqnozlu insanların immun hüceyrələrindən istifadə ediblər. Bu üsul ilə alınmış yeni T limfositlər xərçəng üçün spesifik olan reseptorlara sahib olublar. Həmin reseptorlar xərçəng hüceyrələrini tapıb məhv etməyə imkan verir. Nəzəri cəhətdən immun hüceyrələri istənilən onkoloji xəstəliyin qarşısını almaq üçün öyrəşdirmək olar. Adətən T limfositlər ilə xərçəng hüceyrələri arasındakı mübarizə zamanı xəstə yüksək temperatur, ümumi zəiflik hiss edir. Lakin yeni üsul ilə müalicə zamanı mənfi cəhətlər daha rahat dəff olunur nəinki kimyəvi terapiya zamanı. Hal-hazırda isə Stanley Riddell öz əməkdaşları ilə yeni nəsil T limfositlərin alınması üzərində çalışır.
     

     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər