main-post-cover

    Amerikalı gənc nisbilik nəzəriyyəsinə aid videosu ilə 250.000$ qazanıb

    07.05.2017
    Farid Pardashunas
    Ohayo ştatından olan amrikalı gənc Ryan Chester Albert Eynşteyn-in nisbilik nəzəriyyəsinə aid video hazırlamaqla Breakthrough Junior Challenge mükafatına laiq görülüb. Breakthrough Junior Challenge müsabiqəsi Breakthrough Prize elmi mükafatı çərçivəsində 13-18 yaşlı insanlar arasında keçirilir. Mükafat isə həmin yaşlarda elm sahəsində maraqlı kəşf etmiş insanlara verilir. Elmi bu cür inkişaf elətdirdiklərinə görə mükafatın təsis edilmə ideyası rusiyalı investor Yuri Milner-ə aiddir. 2012-ci ildə o bildirmişdir ki, fiziklər öz kəşflərinə görə rock ulduzlar səviyyəsində mükafat almalıdırlar. Bu ideyanı Facebook-un təsisçisi Mark Zuckerberg və Google-ın təsisçilərindən olan Sergey Brin dəstəkləmişdilər. Məktəblilər üçün nəzərdə tutulmuş mükafat ilk dəfə keçirilirdi. İştirakçılar riyaziyyat, biologiya və yaxud fizika sahəsində hansısa mövzunu götürüb onu başa salacaq videoçarx ç hazırlamalı idilər. Qalib Ryan Chester oldu. O Popkorn-un köməkliyi ilə o Albert Eynşteyn tərəfindən hazırlanmış nisbilik nəzəriyyəsini 7 dəqiqəlik videoda başa salıb. Ryan təhsil üçün 250.000$ qrant qazanıb.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər