main-post-cover

    Amerikalı aktyor, Facebook Canlı yayım əsnasında intihar etdi!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    ABŞ vətəndaşı aktyor, model, rəqqas Jay Bowdy, Facebook-un canlı yayım xüsusiyyətindən istifadə etdiyi əsnada intihar etdi.

    33 yaşındakı aktyor, model və rəqqas Jay Bowdy, Facebook-un canlı yayım xüsusiyyətini istifadə etdiyi əsnada intihar etdi. Polisə verilən xəbərlərin ardından Bowdy-nin evinə gələn polis əməkdaşları, aktyorun cansız bədənini tapdı.
    İntihar videosunu silən Facebook, mövzu ilə bağlı olaraq "İnsanların Facebook-da təhlükəsizliyini təmin etmək məsuliyyətini qəbul edirik və sıxıntıda olan insanlara kömək etmək üçün dünya səviyyəsində bir çox təşkilatla çalışırıq” şəklində bir açıqlama verdi.
    Bowdy-nin canlı yayımda intihar etməsini izləyənlər arasında olan bir nəfər isə `Səsi, acısı, göz yaşları, dediyi hər şey... tətiyi çəkdiyi anda çıxan səs məni yerlə bir etdi. O səsi heçbir zaman unutmayacağam` ifadələrini səsləndirdi.
    The Island, Big Brother kimi reality show-larda iştirak edən Jay Bowdy-nin ötən həftə cinsi hücum ittihamı ilə həbs olunduğunu, 100 min dollar kəfalət qarşılığında sərbəst qaldığını bildirildi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər