Aparılan sorğu nəticəsində məlum olub ki, bəi Amerikalı seçicilər, ölkənin texnologiya nəhəngi olan Apple tərəfindən idarə olunmasını istəyirlər.
Hərbi, siyasi, iqtisadi güc baxımından dünyanın ən güclü ölkəsi olan Amerika, növbəti prezident seçkilərinə yaxınlaşır. Ölkədə çox gərgin bir vəziyyət yaranıb. "Donald Trump"ı istəyənlər və "Donald Trump"ı istəməyənlər olaraq seçicilər ayrılmış vəziyyətdədir. Bu gərgin vəziyyətdə keçirilən anket sorğuları nəticəsində seçicilərin bəziləri maraqlı bir namizədi qeyd ediblər.
Sorğunun nəticəsinə görə Amerikada səs vermək hüququ olan insanların xüsusilə 18 yaşını tamamlamış olan seçicilərin əsas istəyi ölkənin Apple tərəfindən idarə olunmasıdır.
Ana mərkəzi Amerikada olan Apple, Amerikan vətəndaşlarının bir çoxunun böyük rəğbətini qazanmış vəziyyətdədir. Ölkədə mövcud olan ağıllı telefonların əksəriyyəti demək olar Apple tərəfindən istehsal olunub. Demoqrafik göstəricilərə də nəzər salsaq ölkənin böyük bir qismi Apple\'dan istifadə edir. Apple\'ı bu qədər sevən insanların seçkilərdə Apple\'ın da iştirak etməsini istəməsini normal qarşılamaq lazımdır. RBB Brands\'in təşkil etdiyi sorğuya görə 1000 nəfərdən 350-si ölkənin Apple tərəfindən idarə olunmasını istəyir. Bu anketin 2-ci sırasında Walt Disney, 3-cü sırasında isə facebook yer alıb.
Şərh yoxdur