Amerikanı əslində ilk dəfə kim kəşf edib?

Amerikanı əslində ilk dəfə kim kəşf edib?

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Günümüzdə, "Amerikanı kim kəşf edib?” sualına hər bir məktəbli, Xristofor Kolumb cavabını verər. Bu tarixi hadisə 1492-ci ildə baş verib. Məhz buna görə 12 Oktyabr tarixini, Kolumb günü kimi ABŞ-da qeyd edirlər. Lakin keçən əsrin 20-ci illərində Helge Ingstad adlı gənc norveçli, ilk baxışdan təkzib olunması qeyri-mümkün görünən bu tarixi fakta qarşı çıxmışdı. Helge Ingstad, 1899-cu ildə Norveçin kiçik şəhəri Merokerdə anadan olmuşdu. 1922-ci ildə o vəkil olaraq çalışmağa başlamışdı. Lakin bir müddətdən sonra o öz vəkillik işindən vaz keçib Kanadaya köcmüşdü. Beləliklə o, vikinqlərin, Kolumbdan öncə Amerikada olduqlarına dair sübutları axtarmağa başlamışdı. Ingstad öz nəzəriyyəsini çox sadə şəkildə təsvir edirdi. "Bizim əfsanələrimizdə bu cür yazılıb”. Lakin vikinqlərin sözügedən ərazilərdə olduqlarına dair izlərin tapılması tez bir zamanda mümkün olmadı. Bunun üçün illər lazım oldu. Bütün bu illər ərzində norveçli gəncin həyatı, macəra romanını xatırladırdı. Belə ki, 4 il ərzində o, Kanadada xəz dərili heyvanları ovlamış, Şərqi Qrenlandiyadakı Erik the Red adlı ərazilərin, 1933-1935 illərdə isə Şpitsbergen arxipelaqının qubernatoru olmuş, 50-ci illərin əvvəlində isə Şimali Alyaskaya etnoqrafik ekspedisiya təşkil etmişdi.

Helge Ingstad-ın fotosu.


1960-cı ildə Helge Ingstad-ın arzusu yerinə yetdi. Belə ki, həmin ildə Şimali Amerikanın şimal şərq sahillərində yerləşən Nyufaundlend adasının şimalındakı Lans-o-Midouz kəndində, keçmiş xalqların izləri aşkar edilmişdi. Müxtəlif arxeoloqların daxil olduqları bu arxeoloji ekspedisiya çərçivəsində bir neçə il ərzində arxeoloji qazıntılar aparılmışdı. Və 1964-cü ildə sensasiyalı tapıntı üzə çıxdı. Belə ki, tapıntılar, 10-cu əsrə aid normandiyalı xalqların tapıntıları idi. Beləliklə vikinqlər, Amerikada Xristofor Kolumb-dan 500 il əvvəl olublar. 1964-cü ildə Ingstad, bu məlumatlarla ABŞ Konqressində çıxış etmişdi. Bundan sonra həmin illərdə ABŞ-ın prezidenti olmuş Lyndon Johnson, fərman imzalamışdı. Həmin fərmana əsasən 9 Oktyabr tarixi, Leif Ericson günü kimi qeyd olunmağa başlandı. Leif Ericson isə Amerikaya ilk ayaq basmış avropalı kimi tarixə keçdi. Bununla yananşı Kolumb gününü heç kim ləğv etmədi. Sadəcə olaraq 9 Oktyabrı, Amerikanın yeni kəşf olunması günü kimi adlandırdılar. Helge Ingstad isə 29 Mart 2001-ci il tarixində 102 yaşında vəfat etdi. Öz həyatının sonuna kimi ona verilmiş "Amerikanı kim kəşf edib?” sualına Helge qürurla "Vikinq Leif Ericson” cavabını verirdi.

Minnesota ştatında, Leif Ericson-un şərəfinə ucaldılmış abidə.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yer kürəsinə bənzəyən yeni ekzoplanet aşkar edilib (VİDEO)

Astronomlar Yer kürəsinə bənzər daha bir ekzoplanet aşkar ediblər. Yer kürəsindən 40 işıq ili..


NASA-nı hack edən adam dəhşətli məlumatlar ortaya çıxardı!

NASA-nın bizdən həmişə bir şeylər gizlətdiyini, topladığı məlumatları insanlarla paylaşmadığ..


Pul istifadə etməyi öyrəndikdən sonra fahişəlik etməyə başlayan meymunlar (Təcrü..

Əgər Darwin bu məqaləni oxuya bilsəydi çox gümanki gözləri yaşarardı. Yale Univetsitetində tə..


Elm tarixində ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqünün fotosunu çəkəcəkl..

Tarixdə ilk dəfə alimlər qara dəliyin hadisələr üfüqününün fotosunu çəkəcəklər. Sözüge..


Kosmologiyada yeni kəşf. Öz qalaktikasından uzaqlaşan qara dəlik aşkarlanıb..

Hubble kosmik teleskopu ilə çalışan alimlər, qeyri-adi qara dəliyi kəşf ediblər. Belə ki, kü..


Kainatın mərkəzi harda yerləşir?

\"Kainatın mərkəzi hardadır?” sualı, alimlərə tez-tez verilir. Lakin hal-hazırda bu suala heç..

×