main-post-cover

    AMOLED ekranların istehsalı LCD-dən daha ucuz başa gəlir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Artıq son illər ərzində bir çox smartfonlar LCD panel yerinə AMOLED texnologiyasından istifadə edir. Aparıcı istehsalçılar qeyd edirlər ki, AMOLED texnologiyası nəinki daha yaxşı keyfiyyətdə görüntü verir həmdə cihazın avtonom işləmə vaxtını uzadır. Misal olaraq Samsung şirkətini gətirmək olar. Bu şirkət öz cihazlarına AMOLED texnologiyası vasitəsi ilə Always-On Display funksiyasını inteqrasiya edir. Beləliklə cihazın ekranında təsvir olunan bəzi elementlər enerji sərf etmir. AMOLED texnologiyası artıq bir çox cihazlarda istifadə olunur. Bu texnologiyanı smartfonlarda, televizorlarda, smart saatlarda və komputerlərdə görmək mümkündür. Tələbat artımı isə öz növbəsində AMOLED panellərin istehsalının qiymətini aşağı salır. Bu yaxınlarda isə məlum oldu ki, AMOLED panellərin istehsalı LCD panellərin istehsalından daha ucuz gəlib çıxır. Analitik şirkət olan IHS Technology öz sonuncu hesabatında qeyd edib ki, bu ilin ilk rübündə 5 düymlü Full HD cihazlar üçün LTPS LCD ekranların istehsalı $14.6, AMOLED ekranların istehsalı isə $14.3 təşkil etmişdir. Bu tarixdə ilk haldır ki, AMOLED texnologiyasının istehsalı LCD texnologiyasından daha ucuz başa gəlib. IHS Technology-nin verdiyi məlumata görə AMOLED texnologiyasının istehsal qiyməti hələ 2015-ci ilin dekabr ayından başlamışdır. Bu tendensiya hələ bir neçə ay qalacaq. Hər-halda mütəxəssislər əmindirlər ki, texnologiyanın istehsal qiymətinin aşağı düşməsi cihazın yekun qiymətinə təsir etməyəcək. Çünki burda AMOLED-dən başqa digər əsas faktorlar var. Texnologiyanın istehsal qiyməti isə getdikcə aşağı düşür. Qiymətin aşağı düşməsində əsas rolu Samsung şirkəti oynayır. Belə ki, şirkət bir sıra smartfon modellərinin istehsalına hazırlaşır. Əgər şirkət yüksək tələbatın qalmasına nail ola bilsə onda yaxın zamanda bizi əsl AMOLED partlayışı gözləyir. Təbii ki, bu hall cihaz istehsalçılarından asılı olacaq. Məsələn bazarın nəhənglərindən olan Apple öz seçimini LCD panelə dəyişə bilər. Bu isə öz növbəsində AMOLED ekran istehsal qiymətinin aşağı düşməsində çətinliklər yaradacaq.

    Linki kopyala