

Keçən həftə Androidin yeni versiyasının baş hərfinin "M” hərfi olacağı xəbərini almışdıq, dünən isə Google bu hərfin Marshmallow sözünün baş hərfi olduğu haqqında danışan video paylaşıb.
Bu gün səhər isə Google`ın işçilərindən Jeff Sharkey öz Google+ profilində Google`ın baş ofisinin qabağında üstü örtülmüş yeni heykəl ilə şəkil paylaşıb. Şəkilin açıqlamasındakı tək yazı isə,”Mmmmmmmmmmmmm?” idi. Qeyd edək ki, Google Androidin hər versiyasını həsr etdiyi şiriniyyat üçün öz baş ofisinin qabağına həmin şiriniyyatın bir heykəlini qoyur.
Google Androidin bu versiyasında dizayn dəyişikliklərindən çox, performans, batareya ömrü və s. kimi daxili optimizasiyalara fikir verib.
Həmçinin onu da qeyd edək ki, Google maraqlıları üçün Andorid 6.0-ın Developer (inkişafçı) Preview`in 3-cü versiyasını təqdim edib. Amma bu versiya adi istifadəçilər üçün yox, öz proqramlarını Androidin yeni versiyası ilə uyğunlaşdırmaq istəyən şirkətlər üçündür. Əgər siz də bir Nexus istifadəçisinizsə, və Android 6.0 Marsmallow`u yoxlamaq istəyirsinizsə, bu linkə müraciət edin.
Şərh yoxdur