Android 7.1.2 Nougat üçün ilk beta təqdim edildi!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Google, Android 7.1.2-in ilk beta versiyasını istifadəçilərə açıq olaraq təqdim etdi.
Android
7.1.2 Nougat versiyasını rəsmi şəkildə təqdim edərək test müddətini başladan
Google, ilk beta versiyasını paylaşdı.
Android Beta
proqramı-na daxil olan və uyğun cihazlardan birinə sahib olan istifadəçilərə, OTA yoluyla əlaqə qurmağa başlayan Android 7.1.2 Beta versiyası təxmin edildiyi
kimi böyük dəyişikliklərə sahib deyil.
Android 7.1.2 versiyasını istifadəçilərə nələr təqdim edəcək?
Google Pixel seriyasında yaranan problemlərin böyük ölçüdə aradan qaldırdığı və inkişafa hədəflənən
Android 7.1.2 beta versiyası, xəta düzəltmələri və performans
yaxşılaşdırmalarından başqa GSM operatorları üçün bir sıra dəyişiklikləri əhatə
edir.
Google
Pixel, Pixel XL, Nexus 5X, Nexus Player və Pixel C-dən əlavə, Android Beta
proqramında yer alan digər cihazlar üçün də təqdim edilən Android 7.1.2 beta
versiyası, hələki Nexus 6P modeli üçün təqdim edilməyib. Rəhbərlər, yenilənmə
üçün Nexus 6P üstündə çalışmağa davam etdiklərini və Android 7.1.2 versiyasının
istifadəçilərə qısa bir müddət ərzində təqim ediləcəyini bildirdi.
Əgər bu
cihazlardan birinə sahibsinizsə, Android-in Beta versiyasını test etmək üçün android.com/beta adresini ziyarət edə bilər və Android Beta proqramına daxil
ola bilərsiniz.
Qeydiyyat əməliyyatını
problemsiz şəkildə etdikdən sonra, yenilənmə bildirişi qısa bir müddət ərzində
ağıllı telefonunuza gələcəkdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)