

Bütün dünyadakı telefon bazarının cəmi 1%-ni daşıyan və son illərdə də geriləməyə davam edən BlackBerry şirkəti, bu sektordakı öz əvvəlki şöhrətini qazanabilmək üçün son zamanlarda BlackBerry Classic və BlackBerry Passport modellərini satıcıya təqdim etmişdi, ancaq nəzərə dəyən bir uğur qazana bilməmişdi.
Ancaq bu dəfə, BlackBerry oyunu artıq digər oyunçuların qaydaları ilə oynamaq istəyir. BlackBerry`nin öz əməliyyat sistemi BlackBerry OS`dan başqa əməliyyat sistemi ilə düzəltdiyi ilk telefon olan BlackBerry Venice, Android OS ilə işləyəcək. Bunu Twitter sosial şəbəkəsində Evan Blass (@evleaks) dünən paylaşıb. Bu gün isə o, telefonu xarici dizaynını tam əks etdirən qısa video paylaşıb. Həmçinin o telefonun bu ilin Noyabr ayında satışa çıxacağını da qeyd edib.
BlackBerry geri qayıdır?!
Telefon haqqında daha əvvəl yayılmış söz-söhbətlərdə də telefonun Snapdragon 808 prosessora, 5.4-inch 2,560x1,440 pixel QHD LCD ekrana, açılan klavyaturaya və 3GB of RAMa malik olacağı deyilmişdi.
Bəs siz bu telefon haqqında nə düşünürsünüz? Sizcə BlackBerry öz iş telefonu marketində Android ilə uğur qazana biləcəkmi?
Şərh yoxdur