Android cihazlarda enerji qənaəti üçün üsullar!

Android cihazlarda enerji qənaəti üçün üsullar!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Günümüzdə ağıllı telefonlar həyatımızın ən önəmli hissəsinə çevrilib. Onlar olmadan demək olar ki, hərəkət etmirik. Bu cihazlar isə təbii ki, müəyyən enerji ilə çalışır. Hal hazırda ən böyük problemlərdən biri də ağıllı telefonların gün keçdikcə enerji saxlama qabiliyyətlərinin azalmasıdır. Bəzən çox vacib anda enerji çatışmazlığına görə işimiz yarımçıq qalır və ya tamamilə alınmır. Artan performans telefonlarda enerji saxlama qabiliyyətini də azaldır. Bu yazımızda sizə Android cihazlarda enerjini saxlama yollarından bəhs edəcəyik. Göstərəcəyimiz addımlar ilə batareya performansını 1 günə qədər yüksəldə bilərsiniz.
 
 
 
EKRAN TƏNZİMLƏMƏLƏRİ
 
Ekran parlaqlığını avto modda saxlayın. Beləcə cihazınız özü işığa görə ekranın parlaqlığını tənzimləyəcək. Ekranın çox parlaq olması enerji sərfiyyatını daha da artırır.
 
Ekranın avtomatik sönmə vaxtını ən minimuma və ya sizin tələbatınızın ən minimumuna tənzimləyin. Ekranın daim açıq qalması enerji sərfiyyatını daha artırır, bununla da ekran açıq olduğu müddətdə batareyada enerji daha sürətlə azalmağa başlayır.
 
Ekranda olan widget\'lərin yeniləmə vaxtını çoxaldın. Belə widget\'lər (Facebook, Twitter, hava və s.) daim arxa planda işləyir və həm RAM, həm də enerji sərfiyyatına səbəb olur. Vaxt intervalı nə qədər az olsa o qədər çox işləyir.
 
 
ÜMUMİ TƏNZİMLƏMƏLƏR
 
Mobil data funksiyasını istifadə etmədiyiniz zamanlarda bağlı saxlayın. Əgər istifadə etmirsinizsə, 3G əvəzinə 2G seçin. Bu enerji sərfiyyatına böyük təsir edəcək. Amma unutmayın ki, 2G internet xidmətinin sürəti 3G xidmətinə görə zəifdir. Burada artıq seçim sizindir.
 
İstifadə etmədiyiniz zamanlarda Wi-Fi, Bluetooth kimi funksiyaları bağlı saxlayın. Bu funksiyalar açıq olduğunda daim işlək olduğu üçün böyük enerji sərfiyyatına səbəb olurlar. İstifadə etmədikdə bağlı saxlamağınız batareya ömrünü artıracaqdır.
 
GPS tənzimləmələrini bağlı saxlayın. Ağıllı cihazlarda ən çox enerji sərfiyyatına səbəb GPS sistemidir. Çünki hal hazırda demək olar ki, əksər proqramlar telefonda GPS proqramı ilə işləyə bilir. Bu zaman arxa planda olan proseslərin sayı artır, daim GPS vasitəsilə yer axtarışı təmin olunur. Beləliklə də, bu prosesə həddindən çox enerji sərf olunur. Ona görə əgər xəritə proqramlarından istifadə etmirsinizsə, GPS bağlamağınız məsləhətdir.
 
Hesab sinxronizasiyasını bağlamağınız məsləhətlidir. Bu cihazda enerji sərfiyyatını ciddi azaldır. Hesab sinxronizasiyasl hər dəfə mobil data aktiv edildikdə işə düşür və cihazın arxa planında bir proses kimi davam edir. İnternet aktiv olduğu müddətdə də davam edir. Bu da ciddi enerji tükənməsinə səbəb olur. Bu funksiyanı bağladıqda email və ya başqa proqramları manual yoxlamalı olacaqsınız. Eləcə də WhatsApp kimi proqramlar avtomatik söhbətləri nüsxələməyəcək. Amma əvəzində sizin cihazınızda enerji sərfiyyatı azalacaq və 1 tam günə qədər cihazı rahat istifadə edə biləcəksiniz. Burada seçim sizindir.
 
Arxa planda işləyən proqramları bağlayın. Proqramlardan istifadə edib işiniz bitdikdən bağlamadıqda həmin proqram arxa planda daimi işlək vəziyyətdə qalır. Bu da enerji sərfiyyatını artırır. İşiniz bitdikdən sonra proqramları bağladıqda isə həmin proseslər dayanır. Geridə sadəcə sistem proqramlarının prosesləri qalır ki, bu da əvvəlki hala nisbətən daha az enerji sərfiyyatına səbəb olur.
 
DEVELOPER TƏNZİMLƏMƏLƏRİ
 
Yuxarıda sadaladıqlarımızla yanaşı siz başqa üsullarla da cihazınızda enerji qənaətinə nail ola bilərsiniz. Bunlardan biri cihazda olan "Developer Options" bölməsindən arxa planda işləyən proseslərin sayını təyin etməkdir. Bildiyiniz kimi arxa plan prosesləri daim enerji sərf edir. Onların sayı nə qədər az olsa, bir o qədər enerji qənaətinə nail ola bilərsiniz. Amma bunu qeyd etməkdə fayda var ki, arxa planda proses sayını azaltsanız, bir çox proqramdan çıxdıqdan sonra proqram aktiv olmayacaq. Hesablarınızı yoxlamaq üçün yenidən daxil olub baxmağınız kifayət edəcək.
 
 
Əgər cihazınızda mövcuddursa, enerji qənaət modlarından istifadə edin. Bu cihazınızda enerji sərfiyyatının azalmasına kəskin kömək olacaq. Bu funksiyalar aktiv olduqda arxa plandakı prosesləri avtomatik bağlayır və siz cihaza toxunana qədər onların yenidən işə düşməsinin qarşısını alır. Bu funksiyalarla batareyanın gündəlik enerji tutumunun müddəti də artmış olur.
 
Və ən sonda qeyd edək ki, bütün bunlarla yanaşı əlavə proqramardan da istifadə edə bilərsiniz. Task Killer kimi proqramlarla arxa plandakı prosesləri bağlaya bilərsiniz. Beləliklə, cihazda sadəcə sistem proqramlarının prosesləri qalmış olar. Onları marketdən axtarışa verib yükləyə bilərsiniz. İstifadəsi isə çox rahatdır.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


YouTube-un mobil tətbiqetməsinə CANLI yayım etmə funksiyası gələcək.

Smartfonlarda artıq canlı yayım etmək dövrümüzdə dəb halını alıb. Periscope-un bu sahədə nə qə..


HTC, iki yeni smartfon istehsal edəcək.

Əvvəllər Google üçün Nexus 9 planşetini istehsal edən HTC, indi də yeni Nexus smartfonlarını is..


Ən bahalı 44 domen adı.

Sözün hər mənasında internet bizim gələcəyimizi inşa edir. Şirkətlər yarananda ilk əvvəl öz web..


Galaxy Note 7-nin EDGE olmayan versiyası SAMSUNG-un rəsmi saytında göründü...

Samsung-un Avqust ayında təqdim edəcəyi yeni Galaxy Note 7 üçün geriyə sayım başladı. İndiy..


PS4 Neo bu il satışa çıxarıla bilər

Sony-nin yeni 4K dəstəkli oyun konsolu olan PS4 Neo, E3 2016 tədbirində təqdim olunmasa da başqa mən..


Samsung Galaxy A9 Pro-nun beynəlxalq modeli tezliklə təqdim oluna bilər.

Samsung-un SM-A910F seriyalı Galaxy A9 Pro smartfonunun beynəlxalq model olduğu haqqında xəbə..

×