main-post-cover

    Android-də root gizlətmək bu tətbiqlə mümkündür.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bir çox istifadəçinin root-a görə istifadə edə bilmədiyi tətbiqlər üçün həll yolu tapılıb. Chainfire tərəfindən yazılan SuHide problem həll edəcək səviyyədə görünür. Android dünyasının hər zaman rəğbət görən root icazəsi, ilk Android buraxılışından bu yana istifadəçilərin Android əməliyyat sistemindən daha azad istifadəsini təmin edirdi.

    Root icazəsi mübahisə mövzusu olub!

    "Google" bu cür hallarda istifadəçilərin qarşılaşacağı vəziyyəti minimuma endirmək üçün SafetyNet adlı bir API istifadə edir. Developerlər tərəfindən də istifadə olunan bu API sayəsində cihazdakı root icazəsi tətbiqlər tərəfindən sorğulana bilir. Bu vəziyyət çox zaman root icazəsinə sahib olan cihazların çeşidli tətbiqlərə girməməsinə səbəb olurdu. Hətta Android Pay də root icazəsinə sahib Android cihazlarda işləmirdi.

    Artıq root icazəsi gizlənə bilər!

    Artıq bu problemin həlli yolu tapılıb. Root dünyasının ən tanınan nümayəndələrindən biri Chainfire, ağıllı telefonunuzda root icazəsinə sahib olub-olmadığı məlumatını gizləyən tətbiq yaradıb. SuHide adlı tətbiq, SafetyNet adlı API səbəbiylə qarşılaşdığınız maneələrə qarşı qoya bilən bir alqoritmə sahibdir və hər hansı tənzimləməyə və xüsusiləşdirməyə ehtiyac olmadan aktivləşə bilir. Bu tətbiqin həcmi 1 MB olmaqla yanaşı çox asanlıqla qurula bilir. RAR faylını endirib, TWRP və ya CWM kimi xüsusiləşmiş recovery modları ilə dəyişdirdiyiniz zaman root icazəsinə sahib cihazınızla istədiyiniz hər tətbiqə maneəsiz şəkildə giriş edə biləcəksiniz.
    SuHide-ı burdan yükləyə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər