main-post-cover

    Android əməliyyat sistemi haqqında bilmədiyiniz 6 ən maraqlı fakt.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Mobil platformada dünyada ən çox istifadə olunan əməliyyat sistemi sözsüz ki, Androiddir. Samsung, LG, Sony kimi iri telefon istehsalçıları bu əməliyyat sistemindən istifadə edirlər. Ən çox istifadə olunan ƏS olduğu üçün, bu sistem haqqında kifayət qədər məlumatımız var. Bu gün ki, xəbərimizdə sizə bu sistem haqqında bilmədiyiniz bir neçə maraqlı faktı yazacağıq.
    Android 1.0 sistemi heç bir şirniyyat adına malik deyildi. Bildiyiniz kimi androidin yeni versiyaları təqdim olunanda yanında hər hansı şirniyyət adı ilə təqdim olunur. Məsələn: Marshmallow, KitKat, JellyBean kimi adlara sahib olurlar. 1.0 versiyası isə Astro Boy olaraq adlandırılmışdı. 1.1 yenilənməsi ilə isə bu ad Petit Four (kiçik fransız tortu) olaraq dəyişdi.


    Android 3.0 əməliyyat sisteminə sahib olan heç bir telefon yoxdur. Bu əməliyyat sistemi məhz tabletlər üçün istehsal olunmuşdu. Bu səbəblə yenilənməni heç bir telefon almamışdı. Bu sistem Honeycomb adına malik idi.

    Androidin maskotu olan robot, kişidir.

    Android əməliyyat sistemi sırf tabletlər üçün hazırlanmışdı. Sonradan maraq böyük olduğundan bu sistem telefonlara da inteqrasiya olundu.

    Android Microsofta qarşı qurulmuşdu. 2007-ci ildə Apple öz telefonları üçün İOS-u təqdim etdikdə, Android qurucuları qərara gəldilərki, Microsoftdan tez davranaraq yeni bir əməliyyat sistemi hazırlasınlar.

    NASA Androidi kosmosa göndərdi. Kosmosa göndərilən bəzi cihazlarda bu əməliyyat sistemi yüklü idi.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər