main-post-cover

    Android IOS-ə qarşı. Google Hangouts-a yeni funksiya əlavə olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Google Hangouts-un Android versiyasına videoların çəkilməsi funksiyası əlavə olunub. Bu funksiya IOS platformasından fərqli olaraq Android-ə iki illik gecikme ilə gəlib çıxıb. İki il bundan öncə IOS platformasına Google Hangouts vasitəsilə videoların çəkilməsi və göndərilməsi imkanı təqdim edildikdən sonra nəhayət ki, bu funksiya Android versiya üçün də əlavə olunub. Bundan sonra bütün Android smartfon istifadəçiləri Google-ın daxili servisləri sayəsində 1 dəqiqəlik videoları çəkərək onları istədikləri şəxslərə göndərə biləcəklər. Bunun üçün onlar Google Play-dən tətbiqin yenilənmiş versiyasını yükləməlidirlər. Qeyd edək ki, Google Hangouts özündə 3 mesajlaşma sisteminin (Google Talk, Google+ Chats, Google+ Hangouts) funksiyalarını özündə birləşdirən universal servisdir. Bundan əlavə olaraq bu servis sayəsində YouTube-da canlı yayımlar etmək mümkündür. Google ilk dəfə IOS platforması üçün Hangouts servisini 2014-cü ildə təqdim etmişdir. İlk baxışdan belə bir təəssürat yaranır ki, şirkət iPhone üçün tətbiqləri öz platformasından fərqli olaraq daha operativ yaradır. Lakin Hangouts-un yeni versiyası bu məsələdə hər iki platformanı eyni səviyyəyə yerləşdirir. 
    Linki kopyala