

Milyonlarla Android istifadəçisi yenə təhlükə qarşısında qalıb. Təhlükənin mənbəyi isə Linux nüvəsində tapılan boşluqdur. Bu da o deməkdir ki, Linux əsaslı olan Android’in bir çox versiyası da ciddi şəkildə bundan təsirlənir. Perception Post adlı bir kiber təhlükəsizlik təhlükəsizlik girişiminin tapdığı bu durum, hücum edənin hücum etdiyi cihazda malware yükləyərək root sayəsində müəyyən icazələrə sahib olur. Beləliklə də, hücum edən şəxs telefondakı bütün məlumatları oğurlaya bilir. Bu işin ən maraqlı tərəfi isə odur ki, bu boşluq Linux’un təhlükəsizlik məlumatlarının olduğu əməliyyatlarlar bağlı bir təhlükəsizlik xüsusiyyəti içərisindədir. Bu isə Android istifadəçilərinin 66%i deməkdir. Xüsusilə də təhlükəsizlik yeniləməsi etməyən 2 ildən yaşlı cihazlar nəzərdə tutulur. PC istifadəçilərinin isə bu boşluqdan elə də böyük zərərləri olmayacaq. Çünki Red Hat, SUSE və Linux təhlükəsizlik komandaları bu boşluğu bağlayacaq yeni versiyanı yayımlamağa hazırlaşırlar. Əlavə olaraq onu da qeyd edək ki, hələki bu boşluqdan kimlərinsə faydalandığı barədə fakt, dəlil yoxdur.
Şərh yoxdur