main-post-cover

    Android istifadəçilərinin yeni bəlası - Asacub virusu.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Android istifadəçilərini hədəf alan yeni və zərərli bir tətbiq olan Asacub bank məlumatlarınızı ələ keçirir. Bəs bu virusdan necə can qurtarmaq olar?

    Dünya miqyasında milyonlarla insan məhsul və xidmətlər üçün ağıllı telefonlardan istifadə edərkən, 2015-ci ildə kiber cinayətkarlıqla məşğul olan şəxslər bundan istifadə edərək müxtəlif zərərli tətbiqlər vasitəsilə istifadəçilərin bank hesablarını ələ keçirirlər. 
    Bu tipli zərərli tətbiqlərin siyahısına yeni biri əlavə olunub. Söhbət, Asacub'dan gedir. 2015-ci ilin iyun ayında ortaya çıxarılan Asacub'un ilk versiyası, əlaqə listlərini, browserin tarixini və qurulu olan tətbiqlərin listini oğurlaya bilir eyni zamanda verilən nömrələrə SMS göndərir. Bu azmış kimi virus qapan cihazın ekranını əngəlləyə bilir.
     
    Asacub virusu bank tətbiqlərini hədəf alır!

    2015-ci ilin sonlarında Kaspersky Lab mütəxəssisləri, Asacub'un yeni versiyasının bank tətbiqlərinin qeydiyyat panelinidə ələ keçirərək saxta panellər təqdim etdiyini ortaya çıxarıb. Bu virus düşən telefonlarda bank tətbiqlərindən istifadə edən zaman bankın tətbiqinin əvəzinə sizə Asacub'un interfeysi təqdim olunur. Kaspersky mütəxəssisləri böyük bir ABŞ bankının səhifələri ilə eyni saxta səhifələri daşıyan paneli aşkar edib.

    Bu yeni versiyalar, çox güclü məlumat əldə etmək qabiliyyətinə malik, USSD tələbələri göndərə biləcək səviyyədə inkişaf etmiş viruslardır.
    Bu tipli zərərli viruslardan qorunmaq üçün Google Play xaric başqa APK mənbələrindən telefonunuza tətbiqlər yükləməyin.
    Linki kopyala