Android Marshmallow 'lu TouchWiz belə olacaq!

Android Marshmallow 'lu TouchWiz belə olacaq!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Keçən xəbərimizdə sizə Samsung Note 5\'ə təsadüfən endirilən Android 6.0 barədə məlumat vermişdik. Samsung son zamanlarda TouchWiz\'dəki bəzi yararsız proqramları azaltmaqla və dizaynı material dizayna uyğunlaşdırmaqla önəmli addım atmışdı. Bu yazımızda sizə TouchWiz\'in Android Marshmallow 6.0 versiyasında necə göründüyü barədə məlumat verəcəyik. Elə isə başlayaq...
 
ƏSAS İNTERFEYS
Marshmallow TouchWiz\'dəki bir çox dizaynın dəyişməsi ilə yadda qalacaq. İlk istifadə haqqında hamının əsas maraqlandırdığı sual RAM\'la bağlı sualdır. Yeni Android versiyasının istifadəsi zamanı demək olar ki, RAM\'la bağlı heç bir problemə rast gəlinməyib. Əməliyyat sistemi çox sürətlidir və qeyd olunur ki, bu versiya hələki test mərhələsindədir. Final versiya daha stabil və sürətli olacaq. Əsas interfeyslə bağlı dəyişimlər isə bunlardır. Aşağıda köhnə və yeni TouchWiz\'in qarşılaşdırılması verilib.
  

İSTİFADƏÇİ İNTERFEYSI
İstifadəçi interfeysi isə stok versiyada ağ material dizayna malikdir. İstifadəçilərin bunu nə dərəcədə bəyənəcəyi qeyri müəyyən olsa da, ənənəvi gör rəngdən imtina edilib. Bildiriş panelinin animasiyasında kiçik dəyişiklik olunub. Tənzimləmələr bölməsində S-Pen\'in tənzimləmələri isə "Quick Settings" bölməsinə əlavə olunub. Digər tənzimləmələr isə olduğu kimi qalıb. Ekranın blok rejiminə baxsaq görərik ki, saat ən solda ortaya çəkilib və kilidi açmaq isə sürüşdürmə variantında daha da optimallaşdırılıb. İnterfeysdə dəyişikliklərdən biri də ikonkalardır ki, onlar da yeni versiya da daha göz oxşayandır.

SİSTEMİN TƏHLÜKƏSİZLİYİ
Sistemin təhlükəsizliyinə gəldikdə isə ən son optimallaşdırılmış təhlükəsizlik versiyası istifadə olunub. November 1 təhlükəsizlik bölməsi istifadəçilər üçün sanki bir yuxu idi, reallaşıb. Əməliyyat sistemi əvvəlki versiyaya (Lollipop) görə daha sürətli və stabildir. Yeni animasiyalar əlavə olunub. Ümumən təhlükəsizlik barədə aşağıda şəkillərdən göründüyü kimi bir çox yeniliklər edilib. Daha verimli təhlükəsizlik təcrübəsi təqdim olunur. Bu həm də telefonun idarəsində sizə daha rahat olmağa şərait yaradır. Application Manager bölməsindən sevmədiyiniz və istifadə etmədiyiniz proqramları siz icazə verənə qədər istifadəsini dayandırmaq mümkündür. Enerji məsələsində gəldikdə isə burada elə də gözlə görünən dəyişiklik yoxdur. Lollipop sistemindəki kimi enerji sərfiyyatı mövcuddur. Bundan başqa tənzimləmələrdə "useful features" hissəsi də vardır ki, bu Samsung\'un özünün əlavə etdiyi dəyişiklikdir. Hələ ki, tam işləməsə də final versiyada tam hazır olacaq.
   

SAMSUNG PROQRAMLARI

Təqvim, saat, musiqi və fayl meneceri proqramlarının dizaynında böyük dəyişikliklər edilib. Material dizayna daha uyğunlaşdırılan bu proqramlar istifadəçiyə daha yaxşı vizual effektlər təqdim edir. Amma kamera da isə heç bir dizayn yeniliyi olmayıb. Sistemdə bəzi Microsoft proqramları da vardır ki, istəməsəniz onları rahatlıqla dayandıra bilərsiniz. Bundan başqa proqram axtarış bölməsində də dəyişikliklər olunub. Belə ki, siz proqramın adını axtarışa yazdıqda arxa fon blur effektini alır. Bu da launcher\'a əlavə gözəllik bəxş edir. Telefonun power menyusunda da dizayn dəyişikliyi edilib. Söndürmə ilə bağlı təqdim olunan seçimlərin arxa fonunda blur effektini görürük. İkonkalara gəldikdə isə əvvəli versiyaya görə daha gözəl dizaynlı ikonkalar istifadə olunub. Böyük ölçüdə material dizaynla optimallaşdırılıb. Screenshot prosesində də yeniliklər bizi gözləyir. Belə ki, telefonun screenshot\'unu çəkdikdə avtomatik bizə ona düzəliş etmək üçün menyu açılır. S-Penin cihaz üzərində funksionallığı da artırılıb. Google Now proqramı isə daha dəqiq işləyir. Bundan başqa kerneldə deep sleep funksiyası yoxdur. Final versiyada isə olub-olmayacağı dəqiq bilinmir.
       

Bütün bunları nəzərə alsaq, belə bir sual yaranır. Bəs bu yeni ROM gündəlik istifadə üçün yararlıdırmı? Cavabı: Çox güman ki, yox. Çünki tənzimləmələrdə, mövzularda, kerneldə və bir sıra bölmələrdə hələ də bitməmiş səhvlər var. Onlar final versiyada tam yazılmış olacaq. Bundan başqa performansda da müəyyən tutulmalar mövcuddur. Mövzu seçimlərində Material Design mövzusunu seçdikdə xəta ilə qarşılaşırıq. Qısacacı bu versiya hələ də üzərində işlənilən versiyadır. Samsung firması isə Android Marshmallow 6.0 əməliyyat sisteminin dekabr ayında ilk olaraq Galaxy Note 5 telefonuna təqdim edəcək. Təbii ki, bu zaman problemlər böyük ölçüdə həll olmuş olacaq.


Bu yazımızda sizə yeni əməliyyat sisteminin necə göründüyü və onun haqqında əsas məlumatları çatdırdıq. Ümid edirik, final versiyada daha yaxşı performans bizi gözləyəcək. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Saytımızdakı yeniliklərdən mütəmadi olaraq xəbər tutmaq istəyirsinizsi bizi izləməyə davam edin. Diqqətinizə görə minnətdarıq!

 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


YouTube-un mobil tətbiqetməsinə CANLI yayım etmə funksiyası gələcək.

Smartfonlarda artıq canlı yayım etmək dövrümüzdə dəb halını alıb. Periscope-un bu sahədə nə qə..


HTC, iki yeni smartfon istehsal edəcək.

Əvvəllər Google üçün Nexus 9 planşetini istehsal edən HTC, indi də yeni Nexus smartfonlarını is..


Ən bahalı 44 domen adı.

Sözün hər mənasında internet bizim gələcəyimizi inşa edir. Şirkətlər yarananda ilk əvvəl öz web..


Galaxy Note 7-nin EDGE olmayan versiyası SAMSUNG-un rəsmi saytında göründü...

Samsung-un Avqust ayında təqdim edəcəyi yeni Galaxy Note 7 üçün geriyə sayım başladı. İndiy..


PS4 Neo bu il satışa çıxarıla bilər

Sony-nin yeni 4K dəstəkli oyun konsolu olan PS4 Neo, E3 2016 tədbirində təqdim olunmasa da başqa mən..


Samsung Galaxy A9 Pro-nun beynəlxalq modeli tezliklə təqdim oluna bilər.

Samsung-un SM-A910F seriyalı Galaxy A9 Pro smartfonunun beynəlxalq model olduğu haqqında xəbə..

×