Android N developerlər üçün yayımladı. Android N-də hansı yeniliklər olacaq?

Android N developerlər üçün yayımladı. Android N-də hansı yeniliklər olacaq?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Google-un mobil əməliyyat sistemi olan Androidin yeni versiyası N-in deveoperlər üçün 3-cü önizləmə buraxılışı yayımlandı.

Dünən baş tutan Google\'ın I/O 2016 konfransında çox detallı olmasa da Google Android N mövzusuna toxundu. Developerlərin izləməsi üçün 3-cü versiyanı yayımlayan Google sözü gedən yenilənmənin bu il üçün nəzərdə tutulmadığını da dilə gətirib. Performans, stabillik, təhlükəsizlik və virtual reallıq baxımından xeyli inkişaf etdirilmiş bu əməliyyat sistemi, Vulkan API, çoxlu pəncərə dəstəyi, birbaşa cavablama və VR xüsusiyyətləri ilə diqqətləri öz üzərinə cəlb edəcək. Bundan əlavə 75% performans artımı yaşanacağıda vurğulanan nüanslardandır. Daha öncə Samsung Galaxy S7 və S7 Edge smartfonlarında gördüyümüz Vulkan API dəstəyini Google birbaşa Android N üçün tətbiq edir və bununla yanaşı yüksək performanslı telefonlarda oyun oynayan zaman stabillik və performansda 75% artım olacaq. Çoxlu pəncərə dəstəyi isə əvvəllər digər Android versiyalarında yalnız araüzlər vasitəsilə mövcud idisə bu yenilənmədən sonra Google çoxlu pəncərə dəstəyini saf Android telefonlar üçün də tətbiq etməyə başlayır. Birbaşa, daha doğrusu anında cavablama xüsusiyyəti isə kiçik yenilik olsa da çox faydalı olacaqmış kimi görünür. Bunun vasiətsilə bildiriş panelinə gələn mesajlara birbaşa cavab verə biləcəksiniz. Buraya daxil olaraq Andorid N 3-cü developerlərin önizləməsi üçün Nexus 6, Nexus 9, Nexus 5X, Nexus 6P, Nexus Player, Pixel C və General Mobile 4G  cihazlarınıza yükləyə bilərsiniz.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×