Google’ın 18-20 May tarixləri arasında keçirəcəyi Google I/O Developerlər Konfrasında tanıdacağı Android N əməliyyat sistemi ilə bağlı yeni görüntülər gəlməyə davam edir. Populyar Android saytı "Android Police” tərəfindən yayımlanan bir görüntü Android N ilə birlikdə "Sürətli Tənzimləmələr Paneli” xüsusiyyətinin stok stok Android versiyasına daxil edildiyi görünür.
Digər Android istehsalçıları və xüsusi ROM yaradıcıları tərəfindən uzun müddətdir ki, istifadə olunan Sürətli Tənzimləmələr Paneli, Android N versiyası ilə birlikdə Google’un əməliyyat sisteminə daxil edəcəyi ən köklü dəyişikliklərdən biri olacaq. İstifadəçilər bildirim panelini aşağı endirərək burada profil fotosu, fanar, Wi-Fi, mobil data, batareya və digər tənzimləmələr üçün düymələr olacaq.
Daha geniş hala gətirilən sürətli tənzimləmələr paneli iki səhifədən ibarətdir. İstifadəçilər bu hissədəki qısayolları da özəlləşdirə biləcəklər.
Şərh yoxdur