main-post-cover

    Android N ilə gələ biləcək xüsusiyyətlər!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Nutella, Nestle, Napolitan Ice Cream, New York Cheesecake, Nougat və Nut Bread Android’in bir sonrakı versiyası Android N ilə gələ biləcək adlar olaraq təxmin edilir.

    Android 6.0 Marshmallow yaxın zamanda tam versiya olaraq yayımlandı və diqqətlər sonrakı versiya olacaq Android 7.0 N’ə çevrildi. Ancaq Google Android N’i hazırlamağa başlayana qədər qarşımıza nələr çıxacaq, onu təbii ki, bilə bilmərik.
    1445799016_android-n2.jpg
    Android Marshmallow indiyə qədər böyük təcrübə oldu. Amma bəzi insanlar bu versiyanı Android Lollipop’dan sonra kiçik yenilənmə kimi gördülər və bu məsələ də haqlı ola bilərlər.
    Çünki Android mobil əməliyyat sisteminə əlavə oluna bilinəcək bəzi xüsusiyyətlər var və bu xüsusiyyətləri bir sonrakı versiyada görməyi ümid edirik. Android N ilə gələ biləcək bu təxmin olunan xüsusiyyətlərlə sizləri tanış edirik.
     
    1. MultiTasking (Çoxlu Pəncərə)
    Bu xüsusiyyət Android istifadəçilərinin ekranı bölmə və eyni anda iki proqramı birlikdə istifadə etməsini təmin edir. Bu özəllik Android Marshmallow'da yoxlandı, amma tam versiyada təqdim olunmadı.
     
     
    1445799050_01.jpg
     
    2. Dark UI theme
    Dark UI theme Marshmallow’un ilk Dev Previews versiyasında mövcud idi, amma təəssüflər olsun ki, rəsmi versiyada bizə təqdim olunmadı.  
     
    1445799066_02.jpg
     
    3. Tam dizayn edilmiş tema toplusu
    İstifadəçilər fərqli mövzular endirərək və ya öz mövzularını yaradaraq saf Androidlərinə tətbiq edə bilərlər. Bu da cihazlarını öz istəklərinə uyğun dizayn etmələrinə kömək edəcəkdir.
     
    1445799093_03.jpg
     
    4. Daha zəngin özəlliklərə sahib güc menyusu
    Bu sadə və kiçik xüsusiyyət ola bilər, amma buraya da diqqət yetirmək lazımdır. Custom ROM və istehsalçıların interfeysləri ilə yenidən başlama menyusunda bir çox xüsusiyyətlər var. Sadə şəkildə yenidən başlatma hər kəs üçün əlverişli ola bilər.
     
    1445799105_04.jpg
     
    5. Ekranda düymə dəyişdirmə
     
    Saf Android uzun zamandır naviqasiya düymələrini dəyişdirməyə icazə vermir. Amma bəzi istehsalçılar istifadəçilər üçün bu şəraiti yaradır. Belə hesab olunur ki, Google şirkəti məhz bunu düşünərək naviqasiya paneldəki işarələri dəyişdirməyə icazə verəcəkdir.
     
    1445799118_05.jpg
     
    6. LED Bildiriş tənzimləmə
     
    Light Flow və ya Light Manager kimi bəzi əlavə proqramlar köməyilə müəyyən həcmdə Android cihazınızda LED işığı tənzimləyə bilərsiniz. Amma bunun üçün cihazın özündə bu funksiyanın olması daha məqsədə uyğundur. İstehsalçılardan yalnız SONY bu özəlliyi istifadəçilərinə təqdim edir. Biz də ümid edirik ki, gələcəkdə bu özəlliyi görə bilərik.
     
    1445799148_06.jpg
     
    7. Play Store'da bütün əsas proqramları yeniləmə
     
    Bildiyimiz kimi Google bir çox proqramı Play Store'da yeniləyir. Amma bəzi proqramlar var ki, onlar necə gəlirsə, elə də qalır. Məsələn, Zəng və Kontaktlar menyusu. Bunların da yenilənməsi istifadəçilər tərəfindən yaxşı qarşılanar. 
    1445799163_07.jpg
     
     
    8. İki dəfə toxunaraq ekranı oyandırma
     
    Ekran bağlı olanda iki dəfə toxunmaqla oyandırma hələki Marshmallow’da mövcud deyil. Amma bu xüsusiyyətin Android N ilə gəlməsi gözlənilir.
    1445799183_08.jpg
     
    9. Səs fayllarını dinləyərkən sırasını dəyişmək üçün volume rocker
     
    Bəzən musiqi dinləyərkən sevmədiyimiz  və ya dinləmək istəmədiyimiz mahnı olur. Onu dəyişmək üçün telefonu əlimizə alıb, ekranı açıb dəyişmək lazım gəlir. Amma bəzi Android ROMlarda əlavə olunan xüsusiyyətlə səs tənzimləyən düymələrlə bunu edə bilirdik.Android N versiyasında bu xüsusiyyətin olması da gözlənilir.
    1445799213_09.jpg

     
    10. LockScreen(kilid ekranı) və Home screen(Ana menyu ekranı) üçün fərqli divar kağızları
    Stok Android hələ də kilid ekranı və ana ekran üçün ayrı-ayrılıqda divar kağızı istifadə etməyə icazə vermir. Amma bu hal Android N ilə dəyişə bilər.
    1445799240_10.jpg

     
     
     
    Bu yazımızda sizə Android'in növbəti versiyalarında nələr ola biləcəyini yazdıq. Bütün bunlar təbii ki, fərziyyə və gözləntilərdir. Rəsmi olaraq Android N versiyasında nələr olacaq bilinmir. Bunu zamanla Google elan edəcək. 
    Ən son yenilikləri sizə çatdırmağa davam edəcəyik. Diqqətinizə görə minnətdarıq!

     

     
     

     

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər